Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.
Beynəlxalq Müsəlman Cəmiyyətləri Şurasının təşkilatçılığı ilə 8-9 may 2022-ci il tarixlərində paytaxt Əbu-Dabi şəhərində keçirilən “İslam Vəhdəti: konsepsiya, imkanlar, çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirak edən QMİ sədri fəxri qonaqların təmsil olunduğu Rəyasət Heyətində yer alıb.
Konfrans çərçivəsində Şeyxülislam A.Paşazadə İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha, Türkiyə Diyanət işləri Başkanı Ali Erbaş, Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdül Salam, Misirin Vəqflər naziri Məhəmməd Muxtar Cümə, Livan Xristian-müsəlman milli komitəsinin baş katibi, KAİCİİD Direktorla Şurasının üzvü Məhəmməd Sammak, Rusiya Federasiyası Kaza Universitetinin rektoru Rafiq Muxametşin və digər dini liderlərlə görüşlər keçirib.
Konfrans öz işinə davam edir. QMİ sədri Şeyxülislam A. Paşazadə konfransın sabahkı — nazirlər səviyyəsində “Vahid ümmət və müxtəlif əqidə məzhəbləri” mövzulu plenar iclasında çıxış edəcək.
Səfər müddətində BƏƏ rəhbərliyi ilə görüşlər nəzərdə tutulur.