Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Allahşükür Paşazadə Qazaxıstanın Prezidenti ilə görüşüb

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Dünya Ruhani Liderlərinin Konqresinin nəticələrinin qlobal çağırışlar qarşısında ümumi birliyə töhfə verəcəyinə, millətlərarası harmoniyanın, sülhün və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

QMİ sədri A.Paşazadə Kasım-Jomart Tokayevin Bakıya son səfərinin nəticələrini müsbət qiymətləndirib, həmçinin Qazaxıstanın dinlər və sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Check Also

DİN qanunsuz saxlanılan odlu silahlarla bağlı əhaliyə çağırış edib

Daxili İşlər Nazirliyi qanunsuz saxlanılan odlu silahlarla bağlı növbəti çağırış edib. Bu barədə nazirlikdən məlumat …