Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Almaniya Azərbaycana birbaşa investisiyalarını 3 dəfəyə yaxın artırıb

Ötən il Almaniyanın Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 75,297 milyon ABŞ dolları təşkil edib.

Boyukmillet.com -un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bir il ərzində birbaşa xarici investisiyaların həcmi 2,83 dəfə və ya 48,779 milyon ABŞ dolları artıb.

Azərbaycanda birbaşa xarici investisiyaların ümumi həcmində Almaniyadan yatırılan investisiyaların payı 1,1 % təşkil edir.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına yatrılan birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları (il ərzində 5,83 % artıb) təşkil edib.

Check Also

Azərbaycanda bankların sayı azalır: Ramiz Mehdiyevin ailəsinə məxsus “Bank BTB” artıq BOKT olacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank BTB” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsinə ilkin razılıq …