Şənbə , 10 May 2025
Drone Cameras

Almaniya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir:

“Cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına həm öz adımdan, həm də həmvətənlərim adından səmimi təbriklərimi yetirirəm.

Ölkələrimizin diplomatik əlaqələri otuz il əvvəl, 1992-ci il fevralın 20-də qurulub.

Ölkələrimiz arasında münasibətlər son illərdə konstruktiv şəkildə və artan qarşılıqlı etimad əsasında inkişaf etmişdir. Sizi əmin edirəm ki, Almaniya dostluq əlaqələrimizin bundan sonra da genişləndirilməsinə böyük maraq göstərir. Bura həm də Azərbaycanla insan hüquqlarına dair aparılan dialoq və ölkələrimizin vətəndaş cəmiyyətləri arasında mübadilənin dəstəklənməsi daxildir.

Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır və ölkəmizin enerji təhlükəsizliyində, enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Biz xüsusilə bu sahədə əlaqələri gələcəkdə məmnuniyyətlə gücləndirmək istəyirik.

Sizə və ailənizə cansağlığı, firavanlıq, ölkənizin vətəndaşlarına sülh və əmin-amanlıq şəraitində uğurlu gələcək diləyirəm”.

Check Also

Azərbaycan Prezidenti faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev “X” sosial şəbəkəsindəki hesabında 9 May – Faşizm üzərində Qələbə Günü …