Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Almaniyada attraksion yanğınında 11 nəfər yaralanıb

Almaniyanın şimal-qərbində yerləşən Aşağı Saksoniya federal torpağının Ler şəhərində “Qorxu yolu” attraksionunda baş vermiş yanğın nəticəsində azı 11 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə yerli polisin məlumatında deyilir.

Polisin məlumatına görə, üç nəfər xəstəxanaya yerləşdirilib. Hadisə Şərqi Friziya bölgəsinin ən böyük xalq bayramında baş verib ki, bu bayram hər il Ler şəhərinə təxminən yarım milyon qonaq cəlb edir. Yanğın tez bir zamanda söndürülüb.

Hadisənin səbəbi və dəymiş ziyanın miqdarı araşdırılır.

Check Also

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmilərinin İrana səfəri planlaşdırılır. Boyukmillet.com IRIB-yə istinadən xəbər …