Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Almaniyada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turnirinə yekun vurulub

Almaniyanın Kotbus şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə beynəlxalq boks turniri keçirilib.

Boyukmillet.com-un məlumatına görə, Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan yarış Diaspora Boks Liqası və Berlində fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı ilə gerçəkləşib.

Almaniya və Azərbaycanın Dövlət Himnlərinin səsləndirilməsi ilə start götürən turnirin birinci mərhələsi Halle (Saale), ikinci mərhələsi Maqdeburq/Barleben, final mərhələsi Kotbus şəhərlərində təşkil olunub.

Yarışda iştirak edən Azərbaycan, Almaniya, Ukrayna, Polşa, Bolqarıstan, Belarus, Tacikistan və Rusiyadan olan boksçular Ümummilli Lider Heydər Əliyevin adını daşıyan kubok və kəmər uğrunda mübarizə aparıblar.

Azərbaycanlı Kənan Hüseynəliyev Heydər Əliyev adına Dünya Boks Komitəsinin (WBCA) kəmərinin qalibi olub. Müxtəlif çəki kateqiyalarında ilk üç yerin sahiblərinə kubok və medallar təqdim edilib.

Check Also

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu turunun proqramı bəlli olub

Azərbaycan Basketbol Liqasında XVIII turun proqramı bəlli olub. Boyukmillet.com xəbər verir ki, müntəzəm mövsümün son …