Cümə , 13 Mart 2026
Drone Cameras

Almaniyada naməlum dron hava limanının fəaliyyətini iflic edib

Almaniyanın Bremen şəhərində dron hava limanının fəaliyyətini pozub.

Boyukmillet.com-un məlumatına görə, bu barədə DPA agentliyi polisin nümayəndəsinə istinadən xəbər verib.

Məlumata görə, dron dünən yerli vaxtla təxminən saat 19:30-da (Bakı vaxtı ilə saat 22:30) müşahidə edilib. Onun peyda olmasına görə hava limanındakı bütün təyyarələrin hərəkəti dayandırılıb, dronun operatoru müəyyən edilməyib.

Hadisə səbəbindən Londondan Bremenə uçuş Hamburqa yönləndirilib, geri dönüş uçuşu isə təxirə salınıb.

Hava nəqliyyatı təxminən bir saat sonra bərpa olunub.

Check Also

Tramp: ABŞ və İsrailin İrana qarşı əməliyyatı məqsədlərə çatdıqdan sonra yekunlaşacaq

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı məqsədlərinə …