Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Alyaskada iki hərbi helikopter qəzaya uğrayıb

ABŞ-nin Alyaska ştatında iki hərbi helikopter qəzaya uğrayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri bazasının nümayəndəsi Elmendorf-Riçardsona istinadən “Associated Press” (AP) məlumat yayıb.

Onun sözlərinə görə, iki AH-64 “Apache” helikopteri Hili kəndi yaxınlığında təlim uçuşundan qayıdarkən qəzaya uğrayıb. Hər helikopterin göyərtəsində iki nəfər olub, onların vəziyyəti məlum deyil. AP-nin məlumatına görə, helikopterlər Fort-Ueynrayt Hərbi Hava Qüvvələri bazasında yerləşirdilər.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır. Xilasedicilər hadisə yerində işləyirlər.

Check Also

ABŞ prezidentlərinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmaq qadağan olunacaq

ABŞ Konqresi ölkə prezidentinə Yaxın Şərqdə döyüş əməliyyatları aparmağa icazə verən 1991 və 2002-ci illərdə …