Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Bakıda 20 yaşlı motosikletçi qızı avtomobil vuraraq komaya salıb

Bakının Xətai rayonunda qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, motosikletlə kuryer işləyən 20 yaşlı Eliza adlı qız hərəkətdə olarkən avtomobillə toqquşub.

Ağır xəsarətlər alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və müştərək travma diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Check Also

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …