Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Rusiya Ukraynanın mərkəzindəki şəhərə raket zərbəsi endirib

Rusiya Silahlı Qüvvələri Ukraynanın bir sıra vilayətlərinə, o cümlədən Çerkassı vilayətinə genişmiqyaslı raket hücumu nəticəsində sözügedən regionun Uman şəhərində doqquzmərtəbəli yaşayış evi raket zərbəsinə məruz qalıb.

Boyukmillet.com xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdən çoxmərtəbəli yaşayış binasının bir blokunun çökdüyü məlum olur.

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Çerkassı vilayət polisinin mətbuat katibi Zoya Vovk raketin yaşayış binasına düşməsi ilə bağlı məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, hazırda ərazidə xilasedicilər, həkimlər və polis işləyir.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …