Bazar , 11 Yanvar 2026
Drone Cameras

AMB valyuta hərraclarına tələbatın kəskin artmasının səbəblərini açıqlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarında tələbatın 2 dəfədən çox artması əsasən dövlət büdcəsindən xərcləmələrlə bağlıdır.

Boyukmillet.com xəbər verir ki, bunu AMB-də keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.

Bundan başqa, sədr deyib ki, bu ilin əvvəlindən təkcə yerli şirkətlər və fərdi sahibkarlar xarici tərəfdaşlarına olan borclarını bağlamaq üçün 800 milyon ABŞ dolları ödəniş edib.

“Eyni zamanda, dövlət xarici borcu ilə bağlı 1 milyard manatdan çox ödəniş edib. Bütün bunlar valyuta hərraclarında satışın artmasına təsir edir”, – deyə T.Kazımov vurğulayıb.

Check Also

Azərbaycanda vahid xəzinə hesabının idarə edilməsindən ötən il 121 milyon manat gəlir əldə olunub

2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir …