Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

AMEA-nın müxbir üzvü Beynəlxalq konfransda iştirak edib

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Fransanın Lion şəhərində keçirilən “Keçid dövrü: Neolit dövründən Dəmir dövrünədək miqrasiya, yenilik, ətraf mühitin dəyişməsi” mövzusunda beynəlxalq onlayn konfransda iştirak edib.

Üç gün davam edən beynəlxalq tədbirdə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Naxçıvanın Erkən Eneolit mədəniyyətinin formalaşmasında pastoral həyat tərzinin rolu” mövzusunda məruzə ilə çıxış edib.

Tarixçi alimin çıxışı maraqla qarşılanıb, məruzə ətrafında müzakirələr aparılıb. İştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Konfransda, həmçinin Naxçıvanda aparılan tədqaqatlarla bağlı Beynəlxalq Azərbaycan-Fransa Arxeoloji ekspedisiyasının üzvləri Katerine Marro, Mariya Oranj, Remi Berton, Nikolas Gailhard məruzələrlə çıxış ediblər.

Naxçıvan Bölməsinin mətbuat xidməti

Boyukmillet.com

Check Also

Azərbaycanı tanıtmaq üçün xarici blogerlərə 4 milyon vəsait ayrılıb

Dövlət Turizm Agentliyi bununla əlaqədar 4 tender elan edib Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ölkənin …