Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Ana həbsdə olan oğluna şampun qabının içərisində narkotik ötürmək istəyib

Ana həbsdə olan oğluna şampun qabının içərisində narkotik ötürmək istəyib.

Bu barədə  Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Həbs edilmiş şəxs Nurlan Rəhim oğlu Məmmədliyə anası Telli Ənnağı qızı Məmmədovanın gətirdiyi sovqatdakı şampun qabının içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,266 qram heroin və 0,060 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Yağışdan sonra sürüşmə zonaları aktivləşib- Rəsmi

Son günlər yağan intensiv yağıntılar nəticəsində ölkə ərazisində mövcud sürüşmə sahələrində müəyyən dəyişikliklər qeydə alınıb. …