Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

“Anadolu Qartalı – 2023”: Azərbaycanın aviasiya vasitələri ilk uçuşlarını yerinə yetiriblər

“Anadolu Qartalı – 2023” beynəlxalq təlimində iştirak edən aviasiya vasitələrimiz ilk uçuşlarını yerinə yetiriblər.

Boyukmillet.com xəbər verir ki, əvvəlcə pilotlara təlim müddətində təhlükəsizlik qaydaları və digər məsələlərlə bağlı təlimat verilib.

Sonra aviasiya vasitələrimizin ekipajları təlim keçiriləcək ərazi ilə tanışlıq, hərəkət marşrutlarının öyrənilməsi və şərti hədəflərin qiymətləndirilməsi məqsədilə uçuşlar icra ediblər.

Uçuş zamanı təyyarələrin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi də yoxlanılıb.

Check Also

Elnur Qocayev: Orduda aparılan islahatlarla Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin …