Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

QHT rəhbəri: “Tərtərdəki mina partlayışı terror hadisəsidir”

“Tərtərdəki mina partlayışı terror hadisəsidir və biz ermənilərin törətdiyi bu faciələri son günlər daha tez-tez yaşayırıq”.

Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Tərtərdə mina partlayışının baş verdiyi ərazidə jurnalistlərə açıqlamasında söyləyib.

Ötən gün mina partlayışı nəticəsində 3 nəfərin həyatını itirdiyini xatırladan U.Mirzəyev deyib ki, bu ərazilər dəhşətli dərəcədə minalarla çirkləndirilib: “Hadisənin detallarını görəndə adam dəhşətə gəlir. Bu ərazilər 30 il müddətində minalarla ən çox çirkləndirilən ərazilərdəndir. Keçmiş təmas xətti boyunca bütün ərazilərdə eyni problem yaşanır”.

U.Mirzəyev son on gün ərzində üç mina hadisəsinin baş verdiyini xatırladıb. O söyləyib ki, bu ərazilərdə torpağın altı maksimum dərəcədə piyada və tank əleyhinə minalarla çirkləndirilib.

Qeyd edək ki, aprelin 28-də Tərtərin Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində tank əleyhinə minanın partlayışı nəticəsində Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub.

Hadisə nəticəsində həlak olmuş şəxslər “RPS Energy Ltd.” şirkətinin əməkdaşları olub.

Faktla bağlı cinayət işi başlanıb.

Check Also

Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədir

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir. Boyukmillet.com …