Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Anar Kərimov Gürcüstan parlamentinin sədri ilə görüşüb

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstan parlamentinin sədri Kaxa Kuçava ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, görüşdə iki ölkə arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib.

K.Kuçava Gürcüstanın Azərbaycanla münasibətlərə və qarşılıqlı əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. Spiker Gürcüstan parlamenti və Milli Məclis arasında fəal əməkdaşlığın, beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrin olduğunu bildirib.

Tərəflər parlamentlərin mədəniyyət komitələri arasında və humanitar sahədə əməkdaşlıq, birgə mədəni tədbirlərin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Görüşdə Gürcüstan parlamentinin Mədəniyyət Komitəsinin sədri Eliso Bolkvadze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, deputatlar Zaur Darğallı və Savalan Mirzəyev də iştirak edib.

Check Also

Azərbaycanlıların Rusiyadan ayağı “kəsilir”

Yeni miqrasiya qanunları vətəndaşların bu ölkəyə səfərlərini azaldıb; Moskva “güllə”ni niyə öz ayağına sıxır? Azərbaycan …