Bazar ertəsi , 20 May 2024
Drone Cameras

‘‘Anka’’ Azərbaycan Rəqs və Sənət Klubunun rəhbərliyi Fəthiyyə bələdiyyə sədrini Qarabağ prospekti ilə bağlı ziyarət edib

Türkiyənin Ankara şəhərində yerləşən “ANKA” Azərbaycan Rəqs və sənət klubu seçildikdən sonra Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca önəmli bir işə imza atan Fəthiyyə bələdiyyə sədri Alim Korkmazı ziyarət edib. __ xəbər verir ki, bu barədə saytımızın əməkdaşına adı çəkilən klubun rəhbəri, Türkiyə Xalq Rəqsləri Federasiyasının, eyni zamanda Dünya Rəqs və Dünya Folklor Federasiyalarının Azərbaycan təmsilçisi Derya Akdemir məlumat verib. Derya Akdemir bildirib ki, ötən ay Ankarada 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş beş ölkənin iştirak ilə keçirdiyimiz “Bir ürəkdə iki can” adlı mədəniyyət və incəsənət şöləninə çox hörmətli bələdiyyə sədrimizi dəvət etsək də, işlərinin çoxluğundan dolayı iştirak edə bilməmişdi: “Biz də fikirləşdik ki, bələdiyyə sədrimiz Alim Korkmazı ziyarət edək, ona Türkiyə – Azərbaycan munasibətlərini inkişaf etdirmək baxımından önəmli saydığımız işlərindən dolayı Azərbaycan adından öz təşəkkürümüzü bildirək. Həm də bu ziyarət sayəsində tədbirimizdə hörmətli bələdiyyə sədrimizin adına hazırlatdırdığımız plaketi də təqdim etmiş olduq. Düşünürəm ki, bu sayədə Ulu öndər Heydər Əliyevin də dediyi kimi “bir millət iki dövlət olan olkələrimiz arasında qardaşlıq əlaqələri artan inkişaf tempi üzərində davam edəcəkdir”.
Öz növbəsində Fəthiyyə bəlediyyə sədri Alim Korkmaz da Azərbaycan – Türkiyə münasibətlərinin inkişafı baxımından bundan sonra da əlindən gələni əsirgəməyəcəyini vurğulayıb və bu mənalı ziyarət üçün “ANKA” Azərbaycan Rəqs və sənət klubuna öz təşəkkürunu bildirib.
Görüş xatirə şəkillərinin çəkdirilməsi ilə başa catıb.

Check Also

“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır – VİDEO

“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “Araz supermarketlər şəbəkəsi” yenə istehlakçıları aldatmağa davam edir. Boyukmillet.com “Azərbaycan …