Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Antonio Konte içərisində güllə olan anonim məktub alıb

İtaliyanın “İnter” klubunun baş məşqçisi Antonio Konte içərisində güllə olan anonim məktub alıb. 

Boyukmillet.com “Corriere della sera”ya istinadən xəbər verir ki, polis məsələ ilə bağlı istintaqa başlayıb və 50 yaşlı mütəxəssisin qorunacağına söz verib. İtaliyalı məşqçinin evinin qarşısında və klubun bazasının yaxınlığında mühafizəçi olacaq. 

Qeyd edək ki, Antonio Konte mövsümün əvvəlində “İnter”in baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 12 turdan sonra 31 xal toplayıb və lider “Yuventus”dan bir xal geri qalır. 

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …