Aprel döyüşləri bütün dünyaya Azərbaycan ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Ermənistan işğalçı siyasəti ilə, öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verib. Ölkəmiz həmişə məsələni sülh yolu ilə həll etməyə cəhdlər etmişdir. Aprel döyüşlərində biz imkanlarımızın cüzi bir hissəsini nümayiş etdirdik. Bütün gücümüzü göstərsəydik , orda daş-daş üstündə qalmazdı. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, ayrılmaz hissəsi olaraq da, həmişə Azərbaycanın tərkibində olacaqdır.
Boyukmillet.com xəbər verir ki, bu gün Aprel döyüşlərinə həsr olunmuş tədbirdə yenidən qəhrəman oğullarımızdan, siyasi liderimizdən , xalqın birliyindən danışıldı.
Tədbir, ” Modern inkişaf və Ailə” İB və Bakı şəhəri Nəsimi rayon Veteran Təşkilatının birgə təşəbbüsü ilə keçirildi.
Tədbirdə Qazilər: Mətləb Əhmədov, Elxan İmranov, Elçin Əhmədov, BVM-si veteranı Ağababa İsgəndərov, RVT-nın şöbə müdiri Adil Haqverdyev, BDU- nin professoru Leyla Gərayzadə və başqaları iştirak edirdilər.
Pandemiya qaydalarına riayət etmək əsas götürüldüyündən tədbir yığcam keçirildi.
Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla anıldı.
Tədbiri ” Modern İnkişaf və Ailə” İB sədri Zərifə xanım Quluyeva açaraq, Aprel döyüşləri, Qarabağ müharibəsindəki qələbəmizdən, ölkə başçısının diplomatik gücündən, xalqın birliyindən, döyüşçülərdə milli ruhun yüksək olmasından ətraflı məlumat verərək, qürur duyduğunu söylədi və qazilərə təşəkkür etdi.
Sonra RVT-nın şöbə müdiri Adil Haqverdyev, ADU- nin professoru Leyla Gərayzadə hərb tarixindən, döyüş ruhundan söz açdılar.
Daha sonra ” Dövlət və Qanun” qəzetinin baş redaktoru, Beynəlxalq Sülh Səfiri, İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı Aprel döyüşlərində , Vətən müharibəsində qəhrəman oğullarından Raquf Orucov, Vüqar Məmmədovun igidliyi haqqında danışaraq, iştirakçı qazilərə də təşəkkür etdi. Söylədi ki, “Azərbaycan anaları belə qəhrəman oğullar dünyaya gətirər və türk oğulları anasını qəhrəman anası edərlər. Başqa millətlərdə bu yoxdur.”
Sonra QHT sektorunun nümayəndələrinin müharibə müddətində mütamadi cəbhə bölgəsində, əsgərlərə həm maddi , həm mənəvi dəstək olduqlarından söz açdı. RVT- nın və ” Modern İnkişaf və Ailə” İB- nin illərlə gənclərin milli ruhda yetişməsi üçün keçirdikləri tədbirlərin nəticəsi Qarabağ qələbəmizin qazanılmasında bəhrəsini verdi. RVT-nın sədr müavini, polkovnik Cəlil Xəlilov, Nəsimi VT -nın sədri Validə Vəliyeva, İB-nin sədri Zərifə Quluyeva da, gənclərin yetişməsi üçün xüsusi xidmət göstərən şəxslərdirlər.
Bu gün biz ictimai xadimlər ” Barını görmüş bağbanlarıq” Çəkilən əziyyətlər bəhrəsini vermişdir, QƏLƏBƏ qazanmışıq.
Sonda Validə Vəliyevaya ” Fəxri Diplom” təqdim olundu və qazilərimizə hədiyyələr verildi.
Yasəmən Möhübbətqızı.
AJB-nin üzvü
Beynəlxalq Sülh Səfiri