Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Aprel şəhidi Raquf Orucovun atası vəfat edib

Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucovun atası vəfat edib.

Bu barədə şəhid polkovnikin həyat yoldaşı Sevinc Alızadə məlumat verib. 

Onun sözlərinə görə, İbrahim Orucov bu gün səhər saatlarında Sumqayıt şəhərində dünyasını dəyişib. Mərhum Sumqayıtda dəfn olunacaq. 

Xatırladaq ki, polkovnik-leytenant Raquf Orucov Aprel döyüşlərində şəhid olub. “Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı 26 il vətən yolunda xidmət edib. O, ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib. 

Allah rəhmət eləsin! 

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …