Belarus tərəfinin təşkilatçılığı ilə Minskdə qiymətləndiricilərin forumu keçirilib.
Boyukmillet.com xəbər verir ki, Hafta.az-ın yazdığına görə, tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti (CAATS) Vüqar Oruc və AQC Peşəkar Qiymətləndiricilər Şurasının üzvü İlham Bağırov iştirak edib.
Açılış mərasimində Vüqar Oruc “Azərbaycanda qiymətləndirmə fəaliyyətinin təkmilləşdirilməsi” mövsuzunda çıxış edib.
Çıxışdan sonra AQC ilə Belarus Qiymətləndirmə Təşkilatları Assosiyasıyası arasında əməkdaşlıq haqqında sazış imzalanıb.

Tədbirdə Qırğızıstan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Agentliyinin direktor müavini Satarova Eldana Taalaybekovna, «Qazaxıstan Qiymətləndiricilər Assosiasiyasının özünütənzimləmə təşkilatı» qiymətləndiricilər palatasının üzvü Vedernikov Sergey Rufimoviç, Qiymətləndirmə Təşkilatları Assosiasiyasının sədri Svetlana Yurenia, “Qrodno Dövlət Qeydiyyatı və Torpaq Kadastrı Agentliyi” Respublika Unitar Müəssisəsinin Qiymətləndirmə şöbəsinin müdiri Mariya Bir, “Milli kadastr agentliyi”-nin aparıcı qiymətləndiricisi Natalya Muraşko, Rusiya Özünütənzimləmə Təşkilatının (CMAO) eksperti Yekaterina Xmara, İqtisad elmləri namizədi, dosent, “Qiymətləndirmə mərkəzi” ASC-nin sertifikatlı qiymətləndiricisi Vladimir Şabeka, Belarus Respublikasının Dövlət Əmlak Komitəsi yanında Sertifikatlaşdırma Komitəsinin üzvü Aleksandr Kistyuk müxtəlif mövzularda çıxışlar səsləndiriblər.
Forumun ikinci günündə “Nəqliyyat vasitələrinin, avadanlıqların qiymətləndirilməsi” mövzusunda seminar keçirilib.
Seminarın sonunda AQC nümayəndə heyəti Belarus Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən diplom və sertifikatla mükafatlandırılıb.
Forumun gedişində AQC sədri Vüqar Oruc Rusiya, Qırğızıstan və Qazaxıstannın qiymətləndirmə assosiasiyalarının rəhbərləri ilə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində danışıqlar aparıb və müvafiq razılaşmalar əldə olunub.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
