Cümə , 22 Noyabr 2024
Drone Cameras

AQTA 20 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 17 ticarət müəssisəsi və 12 ictimai iaşə müəssisəsində həyata keçirdiyi monitorinqlər zamanı ümumilikdə 20 müəssisədə nöqsanlar müəyyən edib.

Boyukmillet.com xəbər verir ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 15, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 10, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 4, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 11, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 3 nöqsan aşkar olunub.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Check Also

Alimlər qanı sümüklərin və digər bədən toxumalarının bərpası üçün maddəyə çeviriblər

Nottingem Universitetinin Əczaçılıq və Kimya Mühəndisliyi Məktəbinin britaniyalı alimləri qan əsasında bədən toxumasının bərpası üçün …