Cümə , 22 Noyabr 2024
Drone Cameras

Araşdırma: Ukrayna ilə müharibədə Rusiyanın yaralı və ölü sayı 315 mini ötüb

Bu say SSRİ-nin 10 il ərzində Əfqanıstanda verdiyi ümumi itkidən çoxdur

Amerika Birləşmiş Ştatlarının apardığı hesablamalara görə, Ukraynaya hücumun başlanmasından bəri Rusiya tərəfdən ölü və yaralı sayı 315 mini ötüb.

Britaniya rəsmiləri isə bu sayın 400 mindən çox olduğunu bildirir.

Deyilənə görə, bu say SSRİ-nin 10 il ərzində Əfqanıstanda verdiyi ümumi itkidən çoxdur.
“Azadlıq Radiosu”nun rus xidmətinin araşdırmasında belə deyilir. Bildirilir ki, Rusiya insanları panikaya salmamaq üçün səfərbərlik etmir, amma canlı qüvvə itkisi də durmadan artır. Bunun necə baş verdiyi tədqiqatçılara bəlli deyil.

2022-ci ildə Vladimir Putinin elan etdiyi səfərbərliklə orduya 300 min əsgərin cəlb ediləcəyi gözlənilirdi. Həmin vaxt həm birbaşa çağırış vərəqələrindən, həm də ehtiyat zabitləri pulla şirnikləndirmək yolundan istifadə olunurdu. Putinin bu addımından sonra yüz minlərlə rusiyalı Gürcüstan, Ermənistan və Orta Asiyaya üz tutub.

İxtisaslı və bacarıqlı insanların ölkədən getməsi Rusiya iqtisadiyyatında gərginlik yaratmışdı.
Araşdırma zamanı məlum olub ki, orduya insan cəlb etməkdə “Rusiya Dəmir Yolları” kimi iri dövlət şirkətləri xarici hedhanter şirkətlərinin köməyindən istifadə ediblər.

Bildirilir ki, Sankt-Peterburqda bilbordlar və saytlar müqaviləli əsgər tapmaqla bağlı elanlarla doludur.

Sankt-Peterburqun əsas enerji şirkətlərindən biri olan “Yuqo-zapadnaya CHPP”nin əsas səhifəsi istifadəçiləri iri popap bannerlə qarşılayır. Bannerdə insanlara işçi kimi qeydiyyatdan keçməyə və sonra Ukraynada vuruşmağa getməyə dəvət edirlər. Şirkət Müdafiə Nazirliyinin verdiyi məbləğdən əlavə 405 min rubl (4 min 550 dollar) təklif edir.

Eynilə bu işi yol təmiri və tikinti şirkətləri də edir.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı təcavüzə başlayıb. Milyonlarla dinc sakin öz evlərindən didərgin düşüb.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …