Ona qarşı icra işinin konkret hansı səbəbdən başlandığı barədə əlavə məlumat verilmir
Rusiyanın Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) Azərbaycan əsilli iş adamı, “Crocus Group”un sahibi Araz Ağalarova qarşı icra işi başladıb. Bu barədə “Gazeta.ru” məlumat yayıb.
Bildirilir ki, Moskvanın Presnenski rayon məhkəməsi tərəfindən verilmiş icra sənədi əsasında 26 iyun 2025-ci il tarixində icra prosesi açılıb. Həmin sənəd 7 may 2025-ci ildə məhkəmə tərəfindən qəbul olunub.
Araz Ağalarov Rusiyada biznes və inşaat sektorunda fəaliyyət göstərən tanınmış sahibkarlardandır. O, “Forbes” jurnalının hazırladığı 2020-ci il Rusiya milyarderləri siyahısında 1,7 milyard dollar sərvətlə 55-ci yeri tutub.
Araz Ağalarov Azərbaycan Prezidenti İlham Əliyevin keçmiş qudasıdır.
Son zamanlar Rusiyada tanınmış şəxslərə qarşı müxtəlif məhkəmə və icra tədbirləri həyata keçirilir. Məsələn, bundan əvvəl tanınmış müğənni Leonid Aqutin və keçmiş Penza vilayətinin qubernatoru İvan Belozertsevin də adına icra işləri açılmışdı.
Hazırda Araz Ağalarova qarşı icra işinin konkret hansı səbəbdən başlandığı barədə əlavə məlumat verilmir.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
