Araz Hüseynov namizədliyini geri götürüb.
Boyukmillet.com xəbər verir ki, o bu barədə seçicilərinə müraciət edib:
“Parlament seçkilərində zəfər qazanmaq məqsədilə yanvar ayı ərzində çox çalışdıq, imzaların toplanması ərəfəsində sizlərlə şəxsən görüşdüm. Desəm ki, bunun nəticəsində çoxunuzla dostlaşa bildim, heç də yanılmaram. Gördüyüm işlərə baxmayaraq, mən hər zaman vəziyyəti real qiymətləndirdiyimdən gəldiyim qənaət barədə sizə məlumat vermək istərdim”.
A.Hüseynov bu addımı Azay Quliyevin xeyrinə olaraq atdığını vurğulayıb:
“İslahatlara dəstək” seçicilərin Təşəbbüs Qrupunun deputatlığa namizədi Azay Quliyevin seçki qərargahında qurduğu komanda, sistemli iş və yüksək təşkilatçılıq səviyyəsini gördükdən sonra anladım ki, 9 fevral qalib gəlmək üçün təqdim etdiyim platforma və imkanlarım Azay Quliyevlə yarışmaq üçün kifayət etmir.
Bu səbəbdən mən, öz namizədliyimi Azay Quliyevin xeyrinə geri götürür və məni dəstəkləyən hamını Azay Quliyevə səs verməyə çağırıram”.