Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Amerikalı məşhur basketbolçu Kobe Brayant helikopter qəzasında həlak olub – FOTOLAR

Amerika Milli Basketbol Assosiasiyasının (NBA) əfsanələrindən olan Kobe Brayant helikopter qəzasında ölüb.

Boyukmillet.com xəbər verir ki, Kaliforniyada qəzaya uğrayan helikopterdə dünyanın ən güclü basketbolçularından olan 41 yaşlı K.Brayant və daha üç nəfər olub.

Helikopterin K.Brayanta məxsus olduğu bildirilir.

Qeyd edək ki, NBA tarixinin ən güclü basketbolçularından olmuş “Qara mamba” ləqəbli K.Brayant “Los Angeles Leykers” komandasında forma geyinib. O, Afina (2004) və London (2012) olimpiadalarının, eləcə də FIBA Amerika çempionatının (2007) qalibi olub.

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …