Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Argentina Prezidenti COP 29-dakı nümayəndə heyətini geri çağırır

Bu addım Donald Trampın seçilməsindən sonra Paris razılaşmasının sabitliyi ilə bağlı narahatlıqları artırır

Argentina Prezidenti Xavyer Miley (Javier Miley) hökumətini təmsil edən nümayəndə heyətinin COP29 sammitini tərk etmələri tapşırığını verib.

“The Guardian” yazır ki, bu Cənubi Amerika ölkəsindən 80-dən çox nümayəndə iki həftəlik Azərbaycana gəlib. Nəşr qeyd edir ki, Argentinanın ifrat sağçı lideri daha əvvəl iqlim böhranını “sosialist yalanı” adlandırmışdı və keçən il seçki kampaniyası zamanı o, Paris razılaşmasından çıxmaqla hədələmişdi. Lakin sonradan bu fikrindən geri çəkildi.

“Guardian”a danışan Argentinanın ətraf mühit nazirinin müavini Ana Lamas – Milei məlumatı təsdiqləyib:

Bu, doğrudur. Xarici İşlər Nazirliyindən bizə göstəriş var ki, bir daha iştirak etməyək. Sizə deyə biləcəyim tək şey budur”.

Argentinanın Paris Sazişindən çıxıb-çıxmayacağını planlaşdırdığına gəlincə, Lamas, qərarın yalnız COP29-a aid olduğunu söyləyib.

Xavyer Miley (Javier Miley). Foto: Reuters

İkinci dəfə sazişdən çıxacağına söz verən Donald Trampın ABŞ-də Prezident seçilməsindən sonra iqlim sazişinin gələcəyi ilə bağlı geniş narahatlıq var. Danışıqlar ərəfəsində BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, ABŞ-nin ikinci dəfə sazişdən gedişi istiləşməni sənayedən əvvəlki səviyyədən – 2C-dən aşağı məhdudlaşdırmaq üzrə qlobal razılaşmaya zərər verə bilər.

Argentina kimi iqlim inkarçılarının rəhbərlik etdiyi digər ölkələrin də beynəlxalq iqlim sazişlərindən çıxa biləcəyi ilə bağlı qorxular var. Miley çərşənbə axşamı Trampla danışıb. Bundan sonra sözçüsü bildirib ki, Tramp argentinalı həmkarına onun “sevimli Prezidenti” olduğunu deyib.

İqlim dəyişikliyinin idarə edilməsi üzrə mütəxəssis Karla Çavarria Argentinanın COP29 danışıqlarından çıxmaq qərarının onun gələcəyi üçün pis olacağını söyləyib.

Argentina iqlimin maliyyələşdirilməsi danışıqlarında öz sözünü itirərək Bakıdakı COP29-dan nümayəndə heyətini geri çəkir. İqlim böhranı ilə bağlı resursları təmin etmək üçün əsas məqamda ölkə kənarda qalır, gələcəyini və uyğunlaşma qabiliyyətini zəiflədir”, o, “X”-də yazıb.

Bakıda təmsil olunan Argentina qrupuna daxil İnsan Hüquqları üzrə Vətəndaşlar Assosiasiyası bildirib:

“Biz Argentina nümayəndəsi ilə iqlim dəyişikliyi konvensiyasında gender gündəliyi üzrə danışıqlar qrupunda iştirak etdik. Argentina əvvəlki bir çox tədbirlərdə bu məsələyə rəhbərlik edib, indi onun danışıqlarda iştirak etmədiyini görmək təəssüf doğurur”.

Argentinanın Rosario Milli Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Julieta Zelikovic çərşənbə günü qərarın Aİ ilə Cənubi Amerika bloku Mercosur arasında ticarət razılaşması üçün pis əlamət olduğunu deyib.

“Ətraf mühitin mühafizəsi ilə bağlı öhdəliklər olmadan G20-də razılaşmanın elan edilməsi ehtimalı iflasa uğrayır. Hökumət ticarət sazişləri üzərində irəliləmək istəsəydi, bu, çox yanlış addım olardı”.

“Common Initiative” analitik mərkəzinin argentinalı direktoru Oskar Soria deyib:

“Argentinanın Bakı danışıqlarını tərk etmək qərarı keçmişdə Argentina diplomatlarına təzyiq göstərən Miley hökumətinin heç də təəccüblü olmayan davranışıdır, o, qeyri-mümkün mövqelər tutur. Bu, ənənəvi iqlim siyasətindən kəskin şəkildə uzaqlaşmaqdır”.

“Bu qərar sırf ideoloji xarakter daşıyır və iqtisadiyyatı iqlim böhranından ciddi şəkildə təsirlənən bir ölkənin maraqlarına ziddir”, – Oskar Soria deyib.

Onun fikrincə, bu, qlobal ifrat sağ hərəkatın zövqü üçün yüksək profilli anlardan parodiya şousu kimi istifadə edən balanssız siyasətin başqa bir əlamətidir.

Check Also

COP29 çərçivəsində Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib

COP29 çərçivəsində “İqlim Fəaliyyəti naminə Bakı Su Dialoqu” rəsmi olaraq başlanıb və ilk dəfə olaraq …