Cümə , 29 Mart 2024
Drone Cameras

“Arsenal”ın futbolçusu: “Qarabağ”la oyunu heç vaxt unutmaram”

“Əsas komandada debütüm ötən il Ukraynada “Vorskla”ya qarşı matçda gerçəkləşmişdi. Səfərdə olduğundan, oyun bizim üçün asan keçməmişdi. Amma iki həftə sonra doğma “Emirates” stadionunda ilk görüşümə çıxdıqda məni izləməyə ailəm də gəlmişdi. Bu, 17 yaşımın tamamlanmasından bir neçə ay sonra Avropa Liqasında “Qarabağ”a qarşı idi”.

Boyukmillet.com – un məlumatına görə, bunu İngiltərə “Arsenal”ının futbolçusu Bukayo Saka klubun rəsmi saytına açıqlamasında deyib. 19 yaşlı cinah oyunçusu 2018-ci il dekabrın 13-də Londonda “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin VI tur matçını heç vaxt unutmayacağını bildirib: “Bu görüşə start heyətində çıxacağımı mənə bir gün öncədən demişdilər. Həmin gecəni yata bilməmişdim. Hətta atam da yata bilmədiyini mənə demişdi. Onlar məni dəstəkləmək üçün oyuna baxmağa gəlmişdilər. Xatırlayıram ki, qarşılaşmadan sonra necə xoşbəxt görünürdülər. Həmin oyunda geyindiyim formanı özümlə götürdüm. İndi o, evimin divarından asılıb. O günü heç vaxt unutmaram. Qol vurmaq üçün həqiqətən də böyük şansım var idi. Fikrimcə, bundan dərs çıxarmışam və indi öyrənməyə davam etmək istəyirəm”.

Qeyd edək ki, Bukayo Saka “Qarabağ”la qarşılaşmanın 89-cu dəqiqəsində əlverişli şansdan yararlana bilməsə də, oyunun ən yaxşı futbolçusu seçilib. “Vorskla” ilə matç isə “Arsenal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Saka Kiyevdəki görüşün 68-ci dəqiqəsində Aaron Remzinin əvəzinə meydana daxil olub.   

Check Also

Azərbaycan gimnastı beynəlxalq turnirdə bürünc medal qazanıb

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Ayan Sadıqova Qazaxıstanın Astana şəhərində keçirilən “Alem Cup” beynəlxalq …