Bazar , 29 Sentyabr 2024
Drone Cameras

ASAP Almaniyada konfrans keçirib

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Almaniyada Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş gənclər konfransı keçirilib.

Boyukmillet.com xəbər erir ki, tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bildirib ki, Ümummilli Lider Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı demokratik dövlət konsepsiyasını uğurla həyata keçirib və bu siyasi kurs bütün istiqamətlərdə dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsinə və inkişafına xidmət edib. Ulu Öndərin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf istiqamətində gördüyü işlər bütövlükdə müstəqilliyimizin möhkəmlənməsinə və əhalinin rifahının yüksəlməsinə yönəlib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Tural Məmmədov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti və Ulu Öndərin gənclərə qayğısı haqqında danışıb. Vurğulanıb ki, müasir Azərbaycanın varlığı bilavasitə Heydər Əliyevin ideallarının və amalının nəticəsidir.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov bildirib ki, Heydər Əliyevin azərbaycançılıq ideyası ölkədə ictimai sabitliyi, milli birliyi, xalq-hakimiyyət həmrəyliyini təmin edib. Tətbiq etdiyi xarici siyasət prinsipləri ölkəni ən ağır zamanlarda beynəlxalq ziddiyyətlər burulğanlarından itkisiz ötüşdürə bilib.
ASAP-ın icraçı direktoru Sevda Mansurova çıxışında Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Eyni zamanda ASAP-ın Almaniyada fəaliyyəti və gələcəkdə həyata keçiriləcək layihələr barədə məlumat verib.
Tədbir zamanı gənclərlə Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətləri, böyük xilaskarlıq missiyası barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş gənclər konfransı ASAP-ın Almaniyada təşkil etdiyi ilk ən irimiqyaslı tədbirdi.

Check Also

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşüb, COP29-a hazırlıq müzakirə olunub

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya …