Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

ASCO-nun gələn il üzrə büdcə proqnozları müzakirə olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) 2024-cü il üzrə büdcə proqnozu müzakirə olunaraq Müşahidə Şurası tərəfindən təsdiqlənib.

Boyukmillet.com xəbər verir ki, müzakirə noyabrın 30-da ASCO-nun Müşahidə Şurasının növbəti iclasında aparılıb.

Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən və Şuranın, eləcə də ASCO-nun İdarə Heyətinin üzvlərinin iştirak etdiyi iclasda gündəliyə uyğun olaraq Cəmiyyətin 2023-cü ilin ilk 3 rübü üzrə idarəetmə hesabatı dinlənilib, cari il üzrə büdcəsinin icra vəziyyətinə dair məlumatlar nəzərdən keçirilib.

İclasda, həmçinin Cəmiyyətin 2024-2026-cı illəri əhatə edən investisiya fəaliyyəti, o cümlədən Gəmiçiliyin donanmasının yenilənməsi və Transxəzər marşrutu ilə daşımaların artan həcminin qarşılanması məqsədilə Gəmiçilik tərəfindən Bakı Gəmiqayırma Zavodunda yeni gəmilərin tikintisi və Xəzər dənizindən kənar su hövzələrində fəaliyyəti təmin edəcək gəmilərin alınması ilə bağlı investisiya fəaliyyətinin maliyyələşdirilməsi strategiyası müzakirə edilərək müvafiq qərar qəbul edilib.

İclasda Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlər də nəzərdən keçirilib.

Məlumat üçün bildirək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb.

Check Also

AMB dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılmasına münasibət bildirib

Azərbaycanda dövlət sektorunda işləyən şəxslərin həyatın yaşam sığortasına qoşulmasının dayandırılması bu sahədə sığorta haqlarının məbləğini …