Şənbə , 28 Mart 2026
Drone Cameras

Astanada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşü başlayıb

Qazaxıstanın paytaxtı Astanada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüşü başlayıb.

Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşü açaraq Azərbaycan və Ermənistanın üçtərəfli bəyanatın müddəalarının icrasını nəzərdən keçirməyi təklif edib: “Bu gün bu mövzu ətrafında danışmaq və liderlərimizə imzaladıqları bəyanatların icrası ilə bağlı nə hesabat verməyimiz üçün çox əlverişli fürsətdir”.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, biz öz tərəfimizdən münaqişədən sonrakı nizamlama prosesində xarici işlər nazirlərinin birbaşa məsuliyyət daşıdığı məsələyə – sülh müqaviləsi məsələsinə xüsusi diqqət yetirəcəyik”.

Check Also

İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib

İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …