Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Astara sakini: Maskalılar kəndə girib, gəncləri döyüblər, sonra da həbs ediblər

Astaranın Ərçivan kənd sakini, vaqonda yaşayan Aslan Qasımov quyu qazıb ailəsini dolandırırmış. 

Anası Rəvayət Qasımovanın sözlərinə görə, 2023-cü ilin 21 iyununda oğlu quyu qazarkən 15 nəfər polis onu əl-ayağı palçıqlı tutub aparıb. 

Aslan Qasımov barəsində cinayət işi açılıb. 

Astara Rayon Polis İdarəsinin əməkdaşları iddia edirdilər ki, onun şalvarının sağ cibində heroin tapılıb. 

Aslan Qasımov məhkəmədə ittihamı rədd edib.  

Anasının sözlərinə görə, övladı inanclı olduğu üçün həbs olunub və onunla yanaşı, Famil, Nail, İsa, Seyran adlı başqa inanclı şəxslər də həbs edilib. 

O deyir ki, həbs edilən təkcə inanclılar da deyil.  

Aslan Qasımov 2024-cü ilin 11 yanvarında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə 5 il müddətinə azadlıqdan məhrum edilib.   

Rəvayət Qasımova oğlunun həbsindən sonra maddi vəziyyətlərinin getdikcə pisləşdiyini bildirib. 

O, övladının ailəsinə baxmaq, həbsxanaya getmək xərclərini sadəcə öz pensiyası və satdığı göyərtidən əldə etdiyi gəlirlə qarşıladığını bildirir.

Check Also

Gəncədə “qara bazar”da qiyməti 1,6 milyon manat olan 27 kq heroin aşkarlanıb

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Bu …