Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Atəşkəsdən sonra Qəzzada 21-i uşaq olmaqla 87 fələstinli öldürülüb

“HƏMAS” və İsrail arasında atəşkəs razılaşması elan edildikdən sonra “ÇAXAL”ın (İsrail Müdafiə Ordusu – Qedy) Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 21-i uşaq və 25-i qadın olmaqla ən azı 87 fələstinli həlak olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, İsrail ordusu hazırda Fələstin anklavının cənub və mərkəzi hissələrində reydlər keçirərək, Xan-Yunisə və Nuseyrat qaçqın düşərgəsinə zərbələr endirir.

Xatırladaq ki, artıq İsrail və “HƏMAS” hərəkatı arasında atəşkəs sazişi imzalanıb.

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …