Bazar , 11 Yanvar 2026
Drone Cameras

ATƏT PA Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırıb

ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti, Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Pere Xuan Pons Ermənistan-Azərbaycan sərhədində dərhal və davamlı atəşkəsin elan edilməsi ilə bağlı beynəlxalq çağırışlara qoşulub.

Boyukmillet.com bu barədə ATƏT PA-nın Mətbuat Xidmətinə istinadən xəbər verir.

“Asambleya Ermənistan və Azərbaycan sərhəddində baş verən silahlı toqquşmaları böyük narahatlıqla izləyir. Döyüşlər dayandırılmalı və hər iki ölkə hərtərəfli sülh müqaviləsi bağlamaq üçün konstruktiv danışıqlar yoluna qayıtmalıdır”, – o bildirib.

ATƏT Parlament Assambleyasının vitse-prezidenti davam edən toqquşmaların son iki ildə əldə edilən irəliləyişlərə xələl gətirməklə yanaşı, həm də insan itkisinə səbəb olduğunu vurğulayıb.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …