Cümə , 26 Aprel 2024
Drone Cameras

ATƏT PA-nın nümayəndələri Zəngilanda səfərdədir

Bu gün ATƏT Parlament Assambleyasının (PA) nümayəndələrinin Zəngilan rayonuna səfəri başlayıb.

Boyukmillet.com xəbər verir ki, onlar, Zəngilan şəhərində həyata keçirilən yenidənqurma işləri, eləcə də “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndi ilə tanış olacaqlar.

Daha sonra Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev qonaqlar üçün təqdimat keçirəcək. Bundan sonra isə ATƏT rəsmiləri dəmir yolu infrastrukturuna, “Azərişıq” ASC-nin “Yaşıl Enerji” obyektlərinə baş çəkəcək.

Xatırladaq ki, mayın 22-də Bakıda ATƏT PA-nın nümayəndələrinin iştirakı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfrans keçirilib.

Check Also

Heydər Əliyev Beynəlxalq Aeroportu 36 milyondan çox sərnişinə xidmət edib

Son 10 il ərzində Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu 36 milyondan çox sərnişinə xidmət göstərib. …