Cümə axşamı , 15 May 2025
Drone Cameras

At ətini mal əti adı altında satmaq istəyən şəxs saxlanılıb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayonun Gədəzeyxur kənd sakini Rudik Haqverdiyev Qusar şəhər sakini Rəhman Ərzimanova çəkisi 50 kiloqrama yaxın mənşəyi məlum olmayan, lakin at əti olmasına dair şübhələr olan əti satmaq istəyən zaman saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində həmin əti mal əti adı ilə satmaq istədiklərini bildiriblər. Kəsilmiş ətlərdən götürülən nümunələr laborator müayinəyə göndərilib.

Qeyd edilən faktla bağlı Qusar RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Check Also

İddia olunan dələduzluq faktı ilə bağlı şikayət daxil olub – “Paşa Sığorta” əməkdaşının adı hallanır

Avtomobil alqı-satqısı ilə bağlı qalmaqallı iddia gündəmə gəlib. Şikayətçi Kərəmli Ruzi Ağababa oğlu “Sosialmedia.az”-a müraciət …