Bazar , 29 Noyabr 2026
Drone Cameras

ATEV sədri Tənzilə Rüstəmxanlı İlham Əliyevin çağırışına qoşuldu

Koronovirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi davam edir.

Koronovirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi davam edir.

Boyukmillet.com xəbər verir ki, tanınmış ictimai siyasi xadim Azərbaycan Türkiyə Evinin eyni zamanda Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, ölkə iqtisadiyyatına, əhalinin sağlamlığı və rifahına dəstək olmaq məqsədi ilə Prezident İlham Əliyevin sahibkarlıq subyektlərinin o cümlədən ölkə vətəndaşlarının sosial məsuliyyət, sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrinə dəstək olaraq Koronovirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi dünyanı ağuşuna almış bu bəlanın Azərbaycanda yayılmasının qarşısının alınmasına, xəstəliklə mübarizə tədbirlərinə maliyyə yardımı göstərməkdir. Fond 2020-ci il dekabrın 31-dək fəaliyyət göstərəcək.

Check Also

Ərdoğanın yunanıstanlı həmkarı ilə müzakirə etdiyi məsələlər bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Prezidenti Konstantinos Tasulas ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, …