Bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3 milyon 600 min 307,38 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu barədə Boyukmillet.com Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir. Azərbaycandan ixrac edilən xam neftin dəyəri 1 milyard 704 milyon 408,42 min ABŞ dolları təşkil edib. İxrac edilən xam neftin həcmi 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 24,6 %, dəyəri isə 36,2 % azdır. …
Read More »İrandan Xarq adası ilə bağlı XƏBƏRDARLIQ – “Məzarlığa çevriləcək…”
İran neft anbarlarının yerləşdiyi Xarq adasını ələ keçirməyə cəhd edənləri hədələyib. Boyukmillet.com xəbər verir ki, bu barədə İran parlamentinin enerji komitəsinin sözçüsü Esmail Hosseini bildirib. “Əgər düşmənlər Xarq adasına hücum etməyi planlaşdırırlarsa, bilməlidirlər ki, Hörmüz boğazında yaşananlardan daha böyük bir rüsvayçılıqla üzləşəcəklər. Ada işğalçılar üçün məzarlığa çevriləcək”, – deyə Tasnim agentliyi onun sözlərini xəbər verib. Qeyd edək ki, “Axios” portalı mənbələrinə istinadla …
Read More »Tramp: İrana qarşı əməliyyat tezliklə başa çatacaq, amma bu həftə yox
Prezident Donald Tramp ABŞ və İsrailin İrana qarşı əməliyyatının bu həftə yox, amma tezliklə başa çatacağını bildirib. Boyukmillet.com-un məlumatına görə, o, bu açıqlamanı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən verib. “Düşünmürəm. Amma bu tezliklə olacaq”, – Amerika lideri İrana qarşı hərbi kampaniyanın bu həftə mümkün yekunlaşması ilə bağlı suala şərhində bildirib. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi …
Read More »İrandan raket atəşinə görə Təl-Əvivdə hava hücumu xəbərdarlığı edilib
Raket təhlükəsi səbəbindən İsrailin mərkəzində hava hücumu xəbərdarlığı edilib. Boyukmillet.com xəbər verir ki, sirenlər, o cümlədən Təl-Əviv və ətraf ərazilərdə səslənib. Mətbuatın məlumatına görə, şəhərin səmasında raketlərin və raket əleyhinə sistemin izləri görünüb. Az müddət əvvəl İsrailin Müdafiə Ordusu İrandan daha bir raket hücumu barədə məlumat verib. Bu, 10 saatdan çox müddətdə Təl-Əviv ərazisində ilk hava hücumu xəbərdarlığıdır.
Read More »ABŞ Prezidenti İrana qarşı əməliyyata görə Çinə səfərinin təxirə salınacağını güman edir
ABŞ Prezidenti Donald Tramp martın sonu və ya aprelin əvvəlində Çinə planlaşdırılan səfərinin İrana qarşı hərbi əməliyyat səbəbindən təxirə salına biləcəyini bildirib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Bilmirəm, hazırda bunun üzərində işləyirik”, – Tramp səfərin planlaşdırıldığından erkən baş tutması ehtimalını şərh edərkən bildirib. ABŞ liderinin sözlərinə görə, məsələ Çin tərəfi ilə müzakirə …
Read More »YAP rayon sədrinin oğlu 3 milyonluq tenderin qalibi oldu
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tenderin qalibi YAP rayon sədrinin oğlunun şirkəti olub. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı keçirdiyi tenderin nəticəsini açıqlayıb. Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata görə, tenderin qalibi “Az.Arxitektura” MMC olub. Qalib şirkətlə 3 …
Read More »İran ABŞ-nin BƏƏ-dəki hərbi bazasına hücum edib, güclü partlayış baş verib
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz qüvvələri BƏƏ-dəki “Əd-Dəfra” ABŞ hərbi bazasının ərazisindəki sursat anbarına zərbə endirib. Boyukmillet.com Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə SNN telekanalının təqdim etdiyi SEPAH-ın bəyanatında bildirilib. Məlumata görə, bazada güclü partlayış baş verib, nəticədə ABŞ hərbçiləri qırıcıları həmin bazadan çıxarıb başqa yerlərdə yerləşdirmək məcburiyyətində qalıblar. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana …
Read More »Bakıda SSRİ bayrağı qaldırmaqda ittiham edilən şəxslər özlərini təqsirli hesab etməyiblər – MƏHKƏMƏ
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən İbrahim Əsədli, Abdulla İbrahimli, Elçin Bayramlı və Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Boyukmillet.com-un məlumatına görə, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham olunan şəxslər ittiham üzrə özlərini təqsirli hesab etməyiblər. Növbəti proses aprelin 6-na təyin olunub. Qeyd edək ki, sözügedən şəxsləri 2025-ci …
Read More »İsrail Hərbi Hava Qüvvələri Əli Xameneinin təyyarəsini məhv edib
İsrail Hərbi Hava Qüvvələri Tehranda “Mehrabad” hava limanında İranın keçmiş lideri Əli Xamenei və yüksək rütbəli məmurların istifadə etdiyi təyyarəni məhv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətindən bildirilib. Məlumata görə, təyyarə Əli Xameneinin, eləcə də İranın digər yüksək vəzifəli rəsmiləri və hərbçilərinin sərəncamında olub. Ondan həm daxili, həm də hərbi satınalmalar və müttəfiq dövlətlərlə fəaliyyətin əlaqələndirilməsi …
Read More »Azərbaycanın Türkiyədəki səfirliyi 10 gün konsulluq xidməti göstərməyəcək
Azərbaycanın Türkiyədəki səfirliyi 10 gün konsulluq xidməti göstərməyəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın Türkiyədəki səfirliyinin Konsulluq şöbəsi martın 20-dən 30-dək bağlı olacaq. Buna səbəb Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar sözügedən tarixlərin qeyri-iş günləri olmasıdır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar