Çərşənbə , 8 Aprel 2026

autor

Qərbi Azərbaycan İcması Fransaya çağırış edib

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir. Ermənistanın insan hüquqlarını kütləvi miqyasda pozan bu addımları beynəlxalq sülhə və təhlükəsizliyə təhdid törətdiyi üçün onun aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin üzərinə böyük vəzifə düşür. Bu fikirlər Qərbi Azərbaycan İcmasının Fransanın insan hüquqlarına zidd davranışı barədə bəyanatında …

Read More »

Bu ilin mayında Azərbaycanda mina probleminə həsr olunmuş konfrans keçiriləcək

“Bu ilin mayında Azərbaycanda mina probleminə həsr olunmuş konfrans keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan minatəmizləmə fəaliyyətinə böyük vəsait ayırıb: “Bu, bizim üçün böyük problem və çağırışdır. Mina təhlükəsi keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə …

Read More »

Ərdoğan Novruz bayramı münasibətilə türk xalqlarını təbrik edib

“Novruz bayramınızı təbrik edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə deyib. O həmçinin qarşıdan gələn müqəddəs Ramazan ayı münasibətilə də müsəlmanları təbrik edib, hər kəsə rifah və səadət arzulayıb.

Read More »

Azərbaycanın 17 taekvondoçusu Belçika çempionatında iştirak edəcək

Azərbaycanın 17 taekvondoçusu martın 18-də Lommel şəhərində start götürəcək açıq Belçika çempionatına qatılacaq. Federasiyadan  verilən məlumata görə, ölkə iki gün davam edəcək G2 kateqoriya yarışda həm qadınların, həm də kişilərin mübarizəsində təmsil olunacaq. Baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun rəhbərlik etdiyi kişilərdən ibarət komanda Belçikaya Niderlanddan yollanıb. Lommeldə də dayanq üzərinə Eyndhovendə şans verilən “11-lik” – Səyyad …

Read More »

Ərdoğan TDT-yə üzv ölkələrə təşəkkür edib

“Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə ilk köməyə gələn türk dövlətləri oldu”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə deyib. Dövlət başçısı göstərilən dəstəyə görə türk dövlətlərinə təşəkkür edib: “Bizə lazımi dəstək göstərildi, tək qalmadıq”.

Read More »

Türkiyədə zəlzələdə ölənlərin sayı 49 mini keçib

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49 mini ötüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə məlumat verib. “İnşallah dost və qardaş ölkələrin dəstəyi ilə zəlzələnin fəsadlarını qısa zamanda aradan qaldıracağıq. Türk dünyası Türkiyənin çağırışına səs verən ölkələr arasında birincilərdən olub. Əziz xalqımız bu dəstəyinizi unutmayacaq”, – dövlət …

Read More »

KTMT-nin Baş katibi Ermənistana gedib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov Ermənistana gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, onun bir sıra rəsmi şəxslər, o cümlədən baş nazir Nikol Paşinyanla görüşü gözlənilir. Xatırladaq ki, İ.Tasmaqambetov ötən ilin noyabrında bu vəzifəyə təyin olunub. Bundan əvvəl KTMT-nin Baş katibi Stanislav Zas idi.

Read More »

TDT-nin fövqəladə Zirvə Görüşü: Ərdoğan Azərbaycan Prezidentini qarşılayıb

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə Zirvə Görüşündə iştirak edən Azərbaycan dövlət başçısı İlham Əliyevi qarşılayıb. Boyukmillet.com xəbər verir ki, liderlər xatirə fotosu çəkdiriblər. Daha sonra söhbət ediblər. Fevralın 6-da Türkiyədə baş verən böyük zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən toplantıda fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər …

Read More »

Ceyhun Bayramov TDT XİN başçılarının iclasında Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Ankarada keçirilən iclasında Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb. Boyukmillet.com xəbər verir ki, o, regionda və dünyada baş verən hadisələrin nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığın əhəmiyyətini artırdığını söyləyib. C.Bayramov bu istiqamətdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində görülən işlər …

Read More »