Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Fövqəladə Zirvə Görüşü keçiriləcək. “Report”un tədbirə ezam olunmuş əməkdaşının xəbərinə görə, Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan …
Read More »Qərbi Azərbaycan İcması Fransaya çağırış edib
Qərbi Azərbaycan İcması Fransaya çağırış edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə icmanın Fransanın insan hüquqlarına zidd davranışı ilə bağlı yaydığı bəyanatında yer alıb. Qeyd edilib ki, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir. Ermənistanın insan hüquqlarını kütləvi miqyasda pozan bu addımları beynəlxalq sülh …
Read More »Paşinyanın qohumu yüksək vəzifəyə seçilib
Ermənistanda Gümrü Ağsaqqallar Şurasının hakim “Vətəndaş Razılaşması” fraksiyasından olan üzvü, baş nazir Nikol Paşinyanın qohumu Vaaqn Mkrtçyan şəhər merinin müavini vəzifəsinə seçilib. Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, əvvəlki müavin David Aruşanyan hakim partiyadan deputat olduqdan sonra vəzifə boş qalıb. Gümrü Ağsaqqallar Şurasından və “Balasanyan” blokundan olan 21 üzvü onun namizədliyinə səs verib. Seçkidən sonra Mkrtçyan …
Read More »Şimali Koreya Yapon dənizinə növbəti ballistik raket atıb
Şimali Koreya Yapon dənizinə ballistik raket atıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadən yazıb. “Seul hərbçiləri Şimali Koreyanın Yapon dənizinə naməlum ballistik raket atdığını bildirib”, – xəbərdə deyilir. Daha sonra, ballistik raketin buraxılması faktı Yaponiya Sahil Mühafizəsi tərəfindən də təsdiqlənib. Onlar qeyd ediblər ki, raket hələ də uçuşdadır, ehtimal ki, o, dik trayektoriya ilə …
Read More »Ötən il Ermənistanda hərbçilərə 143 cinayət işi açılıb
2022-ci ildə Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti Silahlı Qüvvələrinin hərbi qulluqçularına qarşı 143 cinayət işi açıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Ermənistan Respublikası hökumətinin 2022-ci il üçün proqramının (2021-2026-cı illər) icrasının gedişi və nəticələri haqqında” hesabatda deyilir. Sənədə əsasən, cinayət işlərindən 17-si dövlətə xəyanət maddəsi, 47-si korrupsiya faktı, 9-u silah və döyüş sursatının qanunsuz dövriyyəsi, 12-si narkotik vasitələrin qanunsuz …
Read More »FHN-in Türkiyədəki ikinci mobil səhra hospitalı ölkəmizə gətirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) ikinci mobil səhra hospitalı zəlzələ bölgəsində yerli tibbi infrastrukturun bərpası nəzərə alınaraq, bu gün Bakıya gətirilib. Bu barədə FHN-dən bildirilib. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Kahramanmaraş rayonunda qurulmuş, zəruri tibbi ləvazimatlar, dərman və preparatlarla …
Read More »Azərbaycan Fransada təşkil olunan dünyanın ən böyük əmlak bazarında təmsil olunub
Azərbaycan Fransanın Kann şəhərində keçirilən daşınmaz əmlak üzrə beynəlxalq tədbirdə (MİPİM) – dünyanın ən böyük əmlak bazarında təmsil olunub. Boyukmillet.com xəbər verir ki, ADREFA (Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üzrə Assosiasiya), ölkəmizin Fransadakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində illik əsasda keçirilən daşınmaz əmlak üzrə beynəlxalq tədbirdə (“Le Marché International des Professionnels de l’Immobilier” – MIPIM) Azərbaycanı təmsil edir. Martın …
Read More »Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıblar
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar. Boyukmillet.com xəbər verir ki, görüşdə siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və regional məsələlər müzakirə olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də …
Read More »Litvada rusiyalıların daşınmaz əmlak almasına qoyulan qadağa təsdiqlənib
Rusiyalılar Litvada öz adlarından və ya burada yaradılmış hüquqi şəxslərin adından daşınmaz əmlak əldə etmək hüququndan məhrum olunmalıdır. Boyukmillet.com xəbər verir ki, bu plan çərşənbə günü parlamentin Milli təhlükəsizlik və müdafiə komitəsi tərəfindən təsdiqlənib və “Milli sanksiyalar haqqında” qanun layihəsinə daxil edilib. “Rusiyalılar və ya onların yaratdığı hüquqi şəxslər tərəfindən daşınmaz əmlak alqı-satqısı əməliyyatlarının artması sonda milli təhlükəsizlik üçün riskə …
Read More »Avstriya Vyanadakı səfirliklərin təhlükəsizliyini gücləndirib
Avstriya Silahlı Qüvvələrinin (SQ) diplomatik nümayəndəliklərin binalarının mühafizəsinə cavabdeh olan bölməsi ölkənin xüsusi xidmət orqanlarına terror aktı təhlükəsi barədə məlumatın daxil olması ilə əlaqədar gücləndirilmiş xidmət rejiminə keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin rəsmi nümayəndəsi Mixael Bauer bildirib. “Adətən səfirlikləri qoruyan qüvvələrimiz hazır vəziyyətdədir”, – Avstriyanın “Kleine Zeitung” qəzeti onun sözlərindən sitat gətirib. Daha əvvəl Vyana polisi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar