Çərşənbə , 8 Aprel 2026

autor

Tbilisidə yenidən etiraz aksiyaları başlayıb

Gürcüstanın paytaxtı Tbilisidə yenidən etiraz aksiyaları başlayıb. Boyukmillet.com xəbər verir ki, aksiyalar televiziya kanalları ilə yayımlanmır. Məlumata görə, etirazçılar parlament binası önünə toplaşıblar. Əvvəlki aksiyalardan fərqli olaraq, budəfəki etirazçılar “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyir və buna etiraz bildirənləri tənqid edirlər. Xatırladaq ki, martın 7-də axşam saatlarında “Xarici agentlər haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edildikdən sonra Gürcüstan parlamentinin binası …

Read More »

2025-ci ilədək Azərbaycanda kiçik və orta müəssisələrin ÜDM-dəki payı 35 %-ə çatdırılacaq

BMT-nin “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”ndə (UNSDCF) 2025-ci ilə qədər Azərbaycanda kiçik və orta müəssisələrin ÜDM-dəki payının 35 %-ə çatdırılması hədəflənir. Boyukmillet.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və Sosial Siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Çərçivə sənədinin icrası üzrə Birgə İstiqamətləndirici Komitənin iclasında deyib. Onun sözlərinə görə, bu hədəfə …

Read More »

İsrail səfirliyi Azərbaycan xalqını Torpaq çərşənbəsi münasibətilə təbrik edib

İsrail səfirliyi Azərbaycan xalqını Torpaq çərşənbəsi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib. Bildirilir ki, bu gün Novruzun son rəmzi olan torpağın oyanışını simvolizə edir. “Eviniz bərəkətli, süfrəniz bol ruzili olsun. İlaxır Çərşənbəniz Mübarək!”, – səfirliyin paylaşımında deyilir.

Read More »

Prezident: “Səngəçal terminalına elektrik enerjisinin verilməsi bərpaolunan enerji siyasətimizdən qaynaqlanır”

“BP ilə birgə icra etdiyiniz Səngəçal terminalına elektrik enerjisinin verilməsi layihəsi bərpaolunan enerji siyasətimizdən qaynaqlanır. Biz BP ilə razılaşdıq ki, o, Cəbrayıl şəhərində 240 meqavat gücündə günəş enerji stansiyasının tikintisində birbaşa xarici sərmayədar olacaq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bildirib. İstehsal olunmuş həmin enerjinin də Azərbaycanın …

Read More »

İlham Əliyev: “Azərbaycan xalqının və dövlətinin bu ağır günlərdə qardaş Türkiyənin yanında, bir ürək, bir yumruq kimi birləşdiyini bildirirəm”

“Builki toplantı qardaş Türkiyə üçün ağrılı bir dövrə təsadüf edir. Zəlzələ qurbanlarının xatirəsini böyük kədər hissi ilə anır, Azərbaycan xalqının və dövlətinin hər zaman olduğu kimi bu ağır günlərdə də qardaş Türkiyənin yanında, bir ürək, bir yumruq kimi birləşdiyini bildirirəm. İlk gündən bütün səviyyələrdə Türkiyə ətrafında səfərbər olan, yüksək həmrəylik nümayiş etdirən Azərbaycan fəlakətin nəticələrinin aradan qaldırılması prosesinə bundan sonra …

Read More »

İlham Əliyev: “Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji müttəfiqlər kimi regionda yeni tarixi reallıqlar yaradır”

“Bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji müttəfiqlər kimi regionda yeni tarixi reallıqlar yaradır, birgə qərarlar, müştərək qlobal layihələr vasitəsilə Avrasiya məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa davamlı töhfələr verir. Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır. Ölkələrimiz eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan etibarlı tərəfdaşlardır”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin XXVI …

Read More »

Azərbaycan Prezidenti: “Dövlətlərarası münasibətləri tənzimləməli olan mexanizmlər zəifləyib, beynəlxalq hüququn aliliyinə inam azalıb”

“Təəssüflər olsun ki, bu gün dünyada dövlətlərarası münasibətləri tənzimləməli olan mexanizmlər zəifləmiş, beynəlxalq hüququn aliliyinə inam azalmışdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb. “Müharibələr, geosiyasi münaqişələr, bütün bunlarla eyni zamanda baş verən enerji böhranı beynəlxalq münasibətlər sisteminin tənəzzülünün nəticələridir. Bu yeni qlobal konfiqurasiya daxilində mümkün nizamın qorunmasında, qarşılıqlı əməkdaşlığın …

Read More »

Prezident: “Əminəm ki, zirvədə qərarlaşmış Azərbaycan-Türkiyə münasibətləri yeni nailiyyətlərlə daha da möhkəmlənəcək”

“Əminəm ki, qardaş xalqlarımızın iradəsi ilə ən yüksək zirvədə qərarlaşmış Azərbaycan-Türkiyə münasibətləri yeni nailiyyətlərlə daha da möhkəmlənəcək, birgə fəaliyyətimiz beynəlxalq əhəmiyyətli təşəbbüsləri reallığa çevirərək Avrasiyada siyasi və iqtisadi əhəmiyyətli inteqrasiya prosesinə töhfə verəcəkdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb. “2023-cü il Azərbaycan-Türkiyə sarsılmaz birliyinin tarixində Türkiyə Respublikasının yaradılmasının …

Read More »

Prezident XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Hörmətli sammit iştirakçıları, Sizi “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən XXVI Avrasiya İqtisadi Zirvə Toplantısı münasibətilə səmimi-qəlbdən salamlayıram. Builki toplantı qardaş Türkiyə üçün ağrılı bir dövrə təsadüf edir. Zəlzələ qurbanlarının xatirəsini böyük kədər hissi ilə anır, Azərbaycan xalqının və …

Read More »

SOCAR “Azəriqaz” İB şəhid ailəsinin müraciətini təmin etdi – VİDEO

Həssas qrup üzvlərinin qayğılarını hər zaman diqqətdə saxlayan SOCAR “Azəriqaz” İB daha bir şəhid ailəsinin istəyini yerinə yetirib. Daha dəqiq 1-ci Qarabağ müharibəsi şəhidi Rafiq Mustafayevin həyat yoldaşı Ənayət Mustafayeva qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı Birliyə müraciət ünvanlayıb. Qısa zaman ərzində Birlik tərəfindən şəhid ailəsinin Tovuz rayonu, Ağdam kəndində yerləşən fərdi yaşayış evinin önündən keçən qaz xəttinin yeri dəyişdirilib. …

Read More »