Çərşənbə , 8 Aprel 2026

autor

İlham Əliyev: “Azərbaycanla Bolqarıstan yaxın və strateji tərəfdaşdır”

Azərbaycanla Bolqarıstan yaxın və strateji tərəfdaşdır. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 7-də Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edərkən deyib. Ölkələrimizin yaxın və strateji tərəfdaş olduğunu vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq vurğulayıb …

Read More »

Latviya Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Latviya Prezidenti Eqils Levitsin Azərbaycana səfər proqramı açıqlanıb. Bu barədə Latviya Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir. Məlumatda bildirilib ki, Eqils Levits martın 8-9-da Azərbaycanda rəsmi səfərdə olacaq. O, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və X Bakı Qlobal Forumunun açılışında iştirak edəcək. Qeyd olunub ki, həmçinin Latviya Prezidenti ADA Universitetini ziyarət edəcək, iş adamları ilə görüşlər keçirəcək, İ.Kruminas və …

Read More »

Azərbaycanda qadınların sayı açıqlanıb

2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib. Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ötən ildə doğulmuş 122,8 min körpədən 47,1 faizi qız uşaqları olub. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 …

Read More »

Jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlərin 600 manatadək cərimələnməsinə dair layihə qəbul olunub

Azərbaycanda jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlərin 600 manatadək cərimələnməsinə dair layihə qəbul olunub. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Read More »

Parlament media məhsullarının təqdim edilməsinin ƏDV-dən azad edilməsi layihəsini qəbul edib

Milli Məclis media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin ƏDV-dən azad edilməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər …

Read More »

Pentaqon rəhbəri İraqa elan olunmamış səfər edib

Pentaqonun rəhbəri Lloyd Ostin İraqa elan olunmamış səfər edib. Boyukmillet.com xəbər verir ki, onun Bağdadda İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə danışıqlar aparacağı bildirilir. L.Ostin həmçinin Ərbil şəhərinə səfər edəcək və burada İraqın şimalındakı kürd muxtar bölgəsinin rəhbərliyi ilə görüşəcək. Qeyd edək ki, Pentaqon rəhbəri Yaxın Şərqə səfərini martın 5-də İordaniyadan başlayıb. Onun Misir və İsrailə də getməsi planlaşdırılır.

Read More »

“Times” meydanında Türkiyədə və Suriyada zəlzələdə həlak olanların xatirəsi yad edilib

Nyu-Yorkun məşhur “Times” meydanında Türkiyədə və Suriyada baş verən güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi anılıb. Boyukmillet.com xəbər verir ki, mərasimi ABŞ-da fəaliyyət göstərən Türkiyə-Amerika Milli Rəhbər Komitəsi (TASC) təşkil edib. Türkiyə bayraqları ilə bəzədilmiş meydanda faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür çıxışında ölkəsinin ağır zamanlarında türk xalqı ilə birlik və həmrəylik …

Read More »

Ombudsman: “Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”

“Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin martın 7-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib. Onun sözlərinə görə, dərman vasitələrinin keyfiyyəti narahatlıq yaradan problemlərdən biridir: “Eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə ciddi yanaşma tələb edir. Bu baxımdan, …

Read More »

Ombudsman Səbinə Əliyeva: “İctimai nəzarət institutu gücləndirilməlidir”

“Əhali ilə birbaşa ünsiyyətə əsaslanan, nöqsan və problemlərin vaxtında aşkar edilməsinə və həllinə imkan verən vətəndaş qəbulları, görüşlər davam etdirilməli, ictimai nəzarət institutu gücləndirilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin martın 7-də keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib. “Əminəm ki, əhalinin hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi məqsədilə …

Read More »