Türkiyə və bir sıra ölkələr ölən girovların qalıqlarının qaytarılmasına kömək etmək üçün Qəzza zolağına ekspertlər göndərəcək. Boyukmillet.com-un məlumatına görə, bunu “Axios”un müxbiri Barak Ravid ABŞ Prezidenti Donald Tramp administrasiyasındakı iki məmura istinadən “X” sosial şəbəkəsində yazıb. Onların sözlərinə görə, Fələstinin radikal HƏMAS hərəkatı meyitlərin qaytarılması ilə bağlı razılaşmanı hələ pozmayıb. “Onlar bildirdilər ki, Qəzzada bu cür axtarış əməliyyatları üçün lazım …
Read More »Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,5 milyard manat xərcləyəcək
2026-2029-cu illərdə Azərbaycanın dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin ( Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları) bərpasına və yenidən qurulmasına 13,5 milyard manat xərclənəcəyi proqnozlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb. Sənədə əsasən, həmin xərclərin əsaslı xərclərcə xüsusi çəkisi 23,5 % təşkil edəcək.
Read More »Azərbaycanın icmal büdcəsinin gəlirləri yaxın 4 ildə 50 milyard manatı keçə bilər
2026-cı ildə Azərbaycanın icmal büdcəsinin təxminən 45 milyard manat məbləğində proqnozlaşdırılan gəlirləri neftin büdcə qiymətinin 65 ABŞ dolları/barrel həddinə (baza ssenari) uyğundur. Boyukmillet.com xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb. Sənədə əsasən, neftin orta qiyməti 75 ABŞ dolları/barrel olsa (optimist ssenari) icmal büdcənin gəlirləri 46,9 milyard manat təşkil edəcək, əksinə 55 ABŞ dolları\barrel …
Read More »Rusiya neft şirkətlərinin iştirak etdiyi Azərbaycan və Qazaxıstan layihələri Britaniyanın sanksiyalarından azad edilib
Rusiyanın “Lukoyl” və “Rosneft” neft şirkətlərinin iştirakı ilə Azərbaycan və Qazaxıstanda həyata keçirilən beynəlxalq layihələr Böyük Britaniyanın sanksiyalarından azad edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Lukoyl” və “Rosneft”i sanksiyalar siyahısına əlavə edən Böyük Britaniyanın Maliyyə Nazirliyindən bildirilib. “Xəzər Boru Kəməri Konsorsiumu”, “TengizChevroil”, “Şahdəniz”, “Cənubi Qafqaz Qaz Boru Kəməri” (Bakı-Tiflis-Ərzurum), “Azerbaijan Gas Supply Company” və “Qaraçaqanak” layihələri 14 oktyabr 2027-ci …
Read More »AQC İdarə Heyətinin növbəti iclası keçirilib – FOTO
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, ilk olaraq Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanuna əlavə və dəyişikliklərin edilməsi təşəbbüsünün AQC tərəfindən əvvəllər dəfələrlə irəli sürüldüyü qeyd olunub və bildirilib ki, sözügedən qanuna dəyişikliklərin qəbulu zəruridir. AQC İdarə Heyətinin sədi Vüqar Orucun Cəmiyyətin ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə verdiyi açıqlamada bildirilir …
Read More »Ramiz Mehdiyev dövlətə xəyanətdə ittiham edilir
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Hökumət mediasının yaydığı məlumata görə, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) …
Read More »TƏBİB deputat Cavanşir Feyziyevin oğlu ilə 392 min manatlıq müqavilə imzalayıb
TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” tender müsabiqəsi keçirib. Mərkəz Buzovna qəsəbəsində ümumi sahəsi 12 552,30 kvadratmetr olan ofis və anbar kompleksini icarəyə götürüb. Müqavilənin dəyəri 392 min manatdır. Məlumatı Dövlət satınalmalarının vahid internet portalı yayıb. Müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanılıb. Qeyd olunub ki, tender müsabiqəsinin qalibi fərdi sahibkar Cavanşir Orxan Cavanşirdir. Sahibkar “İnnovasiya və …
Read More »Prezident İlham Əliyev MDB ilə bağlı sazişi təsdiqləyib
“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş” Azərbaycanın müvafiq qeyd-şərti ilə təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. Sənəd MDB Hökumət Başçıları Şurasının 2022-ci il oktyabrın 28-də keçirilmiş iclasında imzalanmışdı.
Read More »Türkiyəyə düşmən mövqedə olan erməni deputata səfər yasağı
Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyasının fraksiyasına daxil olan deputatlar, parlamentin Xarici əlaqələr komissiyasının sədri Sərkis Xandanyanın rəhbərliyi ilə 16–20 noyabr tarixlərində İstanbulda keçiriləcək ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün Türkiyəyə yollanacaqlar. Boyukmillet.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazır. Saytın məlumatına görə, Türkiyəyə gedəcək ATƏT nümayəndə heyətinin tərkibində müxalifətdən bir nəfər də olsun deputat …
Read More »Rusiya Gürcüstana təzminat ödəməkdən İMTİNA ETDİ
Rusiya Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarını yerinə yetirmək niyyətində deyil. Həmin qərara əsasən, Moskva Gürcüstanın 29 mindən çox vətəndaşına Rusiyanın hərəkətləri nəticəsində dəymiş zərərə görə 253 milyon 18 min avro təzminat ödəməli idi. Boyukmillet.com xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib. “Biz qərara əməl etməyəcəyik”, – deyə Peskov bildirib. Xatırladaq ki, Moskva 2022-ci ildə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar