Çərşənbə , 8 Aprel 2026

autor

Ermənilər ABŞ-də Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar

Ermənilər ABŞ-də Xocalı soyqırımının 31-ci ildönümündə Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim tviterdə yazıb. “Ermənilər məhz bu gün Vaşinqtondakı səfirliyimizin qarşısında Xocalı soyqırımı zamanı müdafiəsiz azərbaycanlı uşaq, qadın və qocaların vəhşicəsinə öldürülməsini mahnılarla alqışlayırlar. Bu necə bir zehniyyətdir?!”, – diplomat qeyd edib. https://twitter.com/hazar_khazar/status/1629931378165833729/video/1? ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1629931378165833729%7Ctwgr%5E6549f1bf2b8bbc548069520e2e638f6beaaa469d%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fxarici-siyaset%2Fermeniler-abs-de-azerbaycan-sefirliyinin-qarsisinda-texribata-el-atiblar%2F

Read More »

Qərbi Azərbaycan İcması nümayəndələri Nüvədili şəhidin ailəsini ziyarət edib

Boyukmillet.com xəbər verir ki, fevralın 23-də Qərbi Azərbaycan İcması nümayəndələri Saray qəsəbə sakini, əslən Qərbi Azərbaycanın Nüvədi kəndindən olan Vətən Müharibəsi şəhidi Rauf Məhərrəm oğlu İbadovun ailəsini ziyarət edib. Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Abduləli Həsənovun rəhbərliyi ilə İcmanın bir qrup məsul şəxsləri əvvəlcə şəhidin adına olan bulağın önünə gül dəstələri qoymuş, daha sonra şəhidin yaşadığı evdəki muzeyini ziyarət etmişlər. …

Read More »

İstanbulda Qarabağdan Anadoluya Gənclər Forumu keçirilib

“Qarabağdan Anadoluya: Gənclərin İstanbul/Qardaşlıq Forumu” Azərbaycan Gənclər Fondunun dəstəyi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və Azərbaycan Türkiyə Evinin tərəfdaşlığı “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə baş tutdu. Boyukmillet.com xəbər verir ki, layihə rəhbəri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgərin açılış nitqindən sonra Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun …

Read More »

Tovuzda Xocalı soyqırımının 31-ci ildönümü anılıb

Tovuz rayon Nizami adına Mədəniyyət evində Tovuz rayon İcra Hakimiyyətinin və Ağstafa Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsinə həsr olunmuş rəsm və kitab sərgisi ilə tanış …

Read More »

Şamil Ayrım: “Xocalı qətliamını unutmadıq, unutdurmayacağıq”

“Xocalı qətliamını unutmadıq, unutdurmayacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım tviterdə yazıb. O vurğulayıb ki, ermənilərin Xocalıda 613 Azərbaycan türkünü vəhşicəsinə öldürdüyü Xocalı faciəsi unudulmayıb. Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının …

Read More »

Prezident İlham Əliyev Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlığı yüksək qiymətləndirib

Azərbaycanla İslam İnkişaf Bankı arasında çox uğurlu və səmərəli əməkdaşlıq həyata keçirilir. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri qəbul edərkən deyib. İslam İnkişaf Bankının Azərbaycanla əməkdaşlığını yüksək qiymət qiymətləndirən dövlət başçısı ölkəmizin həyata keçirdiyi layihələrə bankın verdiyi dəstəyə görə qonağa minnətdarlığını bildirib. Prezident İlham Əliyev söhbət əsnasında həm regional səviyyədə inkişaf …

Read More »

Şirvanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Şirvanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb. Boyukmillet.com xəbər verir ki, şəhərin mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan kompleks ziyarət olunub, orda yaradılan lövhənin önünə tər qərənfillər düzülüb, faciə qurbanlarının xatirəsi dərin hüzn və ehtiramla yad edilib. “Ana abidəsi”nə baş çəkildikdən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək ən ali məqama ucalmış şəhidlərimizin məzarları ziyarət olunub, üzərinə tər qərənfillər qoyulub. Xocalı …

Read More »

Qərbi Azərbaycan İcmasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və İcma üzvləri Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Ana Harayı abidəsini ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, İcmanın rəhbər heyəti və üzvlər abidənin qarşısına güllər düzərək Ermənistan tərəfindən törədilmiş bu dəhşətli soyqırımda həyatını itirənlərin xatirələrini dərin ehtiramla yad edib, ruhlarına dualar oxuyublar. Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na …

Read More »

Hikmət Hacıyev: “Cəzasızlığa son qoyulmalıdır!”

“366-cı Sovet hərbi alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinin qəsdən, amansızcasına qətlə yetirilməsi müharibə cinayəti, insanlığa qarşı cinayət, soyqırım aktıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə yazıb. “Cəzasızlığa son qoyulmalıdır!” yazan H.Hacıyev mövzu ilə bağlı CBC televiziya kanalına verdiyi müsahibəni də paylaşıb. …

Read More »

Bərdədə “Tarixin Zəfər Yolu” kitabının təqdimatı olub

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə Bərdə rayon Heydər Əliyev Mərkəzində Sübut Mehdiyevin müəllifi olduğu “Tarixin Zəfər Yolu” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ziyalılar, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib. Boyukmillet.com AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimat mərasimi Xocalı faciəsi qurbanlarının, respublikamızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən övladlarının və Türkiyədə zəlzələdə həlak olanların …

Read More »