Bazar ertəsi , 6 Aprel 2026

autor

Qalmaqallı direktor vəzifəsindən azad edildi

Səs yazısı yayılan Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru işdən azad edilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyindən (MÜTDA) verilən məlumata görə, bununla bağlı Agentliyin direktoru Eşqi Bağırov Əmr imzalayıb. Əmrə əsasən, direktor Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Qeyd edək ki, sosial şəbəkələrdə yayılan səs yazısında 201 nömrəli tam orta məktəbin direktoru …

Read More »

Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub – RƏSMİ

Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan Azərbaycan vətəndaşlarının Türkiyəyə geri qayıtması nəzərdə tutulur. Bunu Musavat.com-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. O qeyd edib ki, saxlanılan şəxslər arasında olan 2 nəfər Azərbaycan vətəndaşı – Pərvin Əzimov və Orxan Səmədzadə gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar. “İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad …

Read More »

Dubaydan Bakıya brilyant qaşların qanunsuz gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində brilyant qaşların qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com komitəyə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn iki vətəndaşın əl yüklərinə baxış keçirilib. Yoxlama zamanı sərnişinlərdən birinə məxsus notbuk çantasındakı səsgücləndiricilərin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi ölçüsü 120,49 karat olan brilyant qaşlar, …

Read More »

Avropa Məhkəməsi Azərbaycana qarşı bir neçə qərar qəbul edib

Bu gün Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan olan bir çox işlər – Vüqar Əliyev, Fuad Qəhrəmanlı, Pərviz Həşimli, Əfqan Muxtarlı, Natiq Ədilov, Eldar Hüseynov, Nizami Cəfərov, Ağaverdi Ruşanov, Kamilə Aslanova barəsində qərarlarını elan edib. Bu barədə məlumatı vəkil Fariz Namazlı öz “Facebook” səhifəsində qeyd edib.   Vüqar Əliyev işində – Məhkəmə ərizəçinin barəsində yerli məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsinin zəruriliyini əsaslandıra bilməməsini (5.3 …

Read More »

Nazirlik Xalq artistinin ölümü ilə bağlı məlumat yaydı

Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Görkəmli aktrisa və bədii qiraət ustası, Xalq artisti Əminə Yusifqızı oktyabrın 9-da, ömrünün 89-cu ilində vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub. 1961-ci ildə M.F.Axundzadə adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. O, …

Read More »

Putin ÜZR də istədi, TƏZMİNAT da ödəyəcək: İki liderdən ŞOK bəyanatlar – “Ana Xəbər”

Rusiya günahkarı cəzalandıracaq Əliyev Kreml liderinə təşəkkür etdi Bakı-Moskva müttəfiqliyi davam edəcək Ukraynada 200 min insan itkin düşüb Rusiyanın strateji obyektləri vuruldu İsrail Qəzzanı bombalamağa davam edir Tramp Ukraynada atəşkəs vədi verdi TVMusavat-ın canlı yayımlanan “Ana Xəbər” buraxılışını aparıcı Emil Salamoğlu təqdim edir.

Read More »

Putin AZAL təyyarəsinin vurulması barədə ilk dəfə ƏTRAFLI danışdı: “İkinci səbəb Rusiyanın HHM sistemində texniki nasazlıq olub” – TAM MƏTN

Boyukmillet.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə AZAL təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə tam açıqlama verib. O, ilk dəfə olaraq hadisənin detallarını və Rusiyanın məsuliyyətini açıq şəkildə dilə gətirib. Putin çıxışında bildirib ki, bu məsələni görüşün əvvəlində xüsusi olaraq müzakirə etmək istəyib: “Əvvəlcə ən həssas mövzudan – bizim səmasında baş verən aviasiya faciəsindən …

Read More »

Dünyanın ən ölümcül 10 raketi AÇIQLANDI – FOTOLAR

Müasir dünyada bir sıra raketlər öz misilsiz uzaqlığı, daşıya bildiyi yük və dağıdıcı potensialı ilə seçilir. Boyukmillet.com xəbər verir ki, interestingengineering.com portalı 2025-ci il vəziyyətinə görə, uzaqlıq, atəş gücü və texnoloji üstünlük baxımından dünyanın ən ölümcül 10 raketini açıqlayıb. 1. RS-28 “Sarmat” (Satan II) – Rusiya Mənzil: 17 700 km Daşıyıcı yük: 10 000 kq RS-28 “Sarmat” – maye yanacaqla işləyən, ağır kontinentlərarası …

Read More »

İranın vitse-prezidenti: ABŞ anladı ki, hücum etsə, atəşkəs üçün yalvarmalı olacaq

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref bildirib ki, 12 günlük müharibədən sonra ABŞ və onun müttəfiqləri başa düşüblər: İrana hücum edəcəkləri halda, sonda atəşkəs üçün yalvarmaq məcburiyyətində qalacaqlar. Boyukmillet.com xəbər verir ki, Arefin sözlərinə görə, bu “məcbur edilmiş 12 günlük müharibə” zamanı düşmənlər sadəlövhlük edərək, İslam Respublikasının süquta uğrayacağını zənn ediblər: “Onlar hesab edirdilər ki, xalq küçələrə çıxacaq və bu məsələ …

Read More »