Bazar ertəsi , 6 Aprel 2026

autor

Ermənistanın Gəncəni üçüncü dəfə bombalamasından beş il ötür

Vətən Müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən üçüncü dəfə raket hücumuna məruz qalmasından beş il ötür. Boyukmillet.com xatırladır ki, 2020-ci ilin oktyabrın 8-də gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri növbəti dəfə atəşə tutulub. Gecə saatlarında Gəncəyə endirilən raket zərbəsi nəticəsində ölən və yaralananlar olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. İkinci Qarabağ müharibəsi dövründə Ermənistan …

Read More »

HƏMAS İsrail qoşunlarının Qəzzadan çıxarılmasını tələb edir

HƏMAS-a yaxın mənbələr Qahirədə aparılan danışıqlar zamanı hərəkatın İsrail qoşunlarının Qəzza zolağından mərhələli şəkildə çıxarılmasına israr etdiyini bildiriblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb. Məlumata əsasən, HƏMAS təklif edib ki, proses qarşılıqlı şəkildə həyata keçirilsin — yəni, hər bir mərhələdə İsrail ordusunun geri çəkilməsi ilə paralel olaraq əsirlərin mərhələli azad olunması baş tutsun. Beləliklə, HƏMAS açıq şəkildə …

Read More »

Kanadanın Baş naziri ABŞ Prezidenti ilə Azərbaycan və Ermənistan arasındakı sülhdən danışıb

Kanadanın Baş naziri Mark Karni Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Azərbaycan və Ermənistan arasındakı sülhdən danışıb. Boyukmillet.com xəbər verir ki, Karni Trampı transformativ (dəyişiklik yaradan) prezident adlandırıb. “Bir neçə ay əvvəl məni və bəzi həmkarlarımı mehribanlıqla qonaq etdiniz. Və o vaxtdan bu yana iqtisadiyyatda dəyişiklik, NATO tərəfdaşlarının müdafiə xərclərinə dair görünməmiş öhdəliklər götürməsi, Hindistan və Pakistan, Azərbaycan …

Read More »

Tramp bir daha Putinin onu məyus etdiyini bildirib

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putindən məyus olduğunu bir daha təkrar edərək, Rusiya-Ukrayna müharibəsinin həllinin Yaxın Şərqdəki münaqişədən daha çətin olduğunu vurğulayıb. Boyukmillet.com-un məlumatına görə, o, bunu Ağ Evdə Kanadanın Baş naziri Mark Karni ilə görüşü ərəfəsində jurnalistlərə açıqlamasında deyib. Trampın sözlərinə görə, o, əvvəlcə Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətinə görə münaqişənin həllinin ən asan olacağını gözləyirdi. …

Read More »

İqlim fəalı Qreta Tunberq də daxil olmaqla 171 nəfər İsraildən deportasiya edilib

İsrail hakimiyyəti isveçli iqlim fəalı Qreta Tunberqi ölkədən deportasiya edib. Bu barədə İsrail Xarici İşlər Nazirliyi bazar ertəsi məlumat yayıb. Qreta Tunberq Qəzza zolağına humanitar yardım aparmağa çalışan yüzlərlə beynəlxalq Fələstin həmrəyliyi fəalları ilə birlikdə İsrail qüvvələri tərəfindən beynəlxalq sularda saxlanılmışdı. İsrail tərəfi bildirib ki, “Qlobal Sumud Flotillası”ndan 171 fəal, o cümlədən Qreta Tunberq bazar ertəsi Yunanıstan və Slovakiyaya deportasiya edilib. “Qlobal …

Read More »

Mingəçevir şəhər Sukanal İdarəsinin işçiləri: “Yeni sədr işçiləri istismar edir”

Mingəçevir şəhər Sukanal İdarəsinin işçiləri idarə rəisi Əhmədov Elmar İslam oğlundan şikayətçidir. Adının çəkilməsini istəməyən işçilər Meydan TV-yə deyir ki, idarəyə yeni təyin olunan rəis Elmar Əhmədov işçiləri əmək müqaviləsində göstərilən saatdan artıq işlədir, onları istismar edir.  Bundan əlavə pensiya yaşına az qalan işçiləri işdən çıxmağa məcbur edir. “İdarəyə gəldiyi gündən kütləvi şəkildə işdən çıxarılma halları başlayıb. Və onların yerinə …

Read More »

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 466 613 vahid artaraq bu il oktyabrın 1-nə 1 milyon 868 min 528-ə çatıb. Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, bu illər ərzində qeyri-neft-qaz sektorunun özəl bölməsində həmin göstərici 471 286 vahid artaraq 1 milyon 11 min 208 olub. “Ümumi əmək müqavilələrinin 54 %-dən çoxu qeyri-neft-qaz sektorunun özəl bölməsinin payına düşüb. Bu ilin 9 ayında qeyri-neft-qaz …

Read More »

Türkiyənin Kommunikasiya İdarəsi: Sosial şəbəkələrdə Azərbaycanda bayraqların yarıya endirildiyi barədə xəbərlər feykdir

Bəzi sosial media hesablarında “İsrailin Qəzzaya qarşı oktyabrın 7-də başlatdığı soyqırımın ildönümündə Azərbaycanda bayraqların yarıya endirildiyi” ilə bağlı paylaşımlar dezinformasiya məhsuludur. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycanı Fələstinə qarşı göstərməyə çalışan bu cür iddialar ictimaiyyəti yanıltmaq məqsədi daşıyır: “Bu cür məlumatlar Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərmək, qardaş ölkə Azərbaycanın nüfuzuna zərər …

Read More »

Azərbaycanın TDT Katibliyinin hesabına köçürdüyü 2 milyon dolların bir hissəsinin nəyə xərclənəcəyi açıqlanıb

TDT ölkələrinin təhsil nazirləri və aidiyyəti strukturları Türk Universitetləri Birliyi və “Orhon” mübadilə proqramı üçün daimi katiblik formalaşdırmaq üçün lazımi addımlar atır. Boyukmillet.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfindən büdcəyə köçürülən 2 milyon dolların …

Read More »

UNESCO-da Azərbaycanın bəyanatı səsləndirilib

Parisdə UNESCO İcraiyyə Şurasının 222-ci sessiyası öz işinə başlayıb. Boyukmillet.com xəbər verir ki, sessiyanın plenar debatlar hissəsində Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ölkənin bəyanatını səsləndirib. Sənəddə Azərbaycanın İcraiyyə Şurasına son dördillik üzvlüyü dövründə həyata keçirdiyi aktiv fəaliyyəti haqqında məlumat verilib, ölkənin bundan sonra da UNESCO platformasında fəal iştirak və təşkilatın mandatına töhfə verməkdə davam edəcəyi vurğulanıb. E.Abdullayev BMT …

Read More »