Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Türkiyənin Kommunikasiya İdarəsi: Sosial şəbəkələrdə Azərbaycanda bayraqların yarıya endirildiyi barədə xəbərlər feykdir

Bəzi sosial media hesablarında “İsrailin Qəzzaya qarşı oktyabrın 7-də başlatdığı soyqırımın ildönümündə Azərbaycanda bayraqların yarıya endirildiyi” ilə bağlı paylaşımlar dezinformasiya məhsuludur.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanı Fələstinə qarşı göstərməyə çalışan bu cür iddialar ictimaiyyəti yanıltmaq məqsədi daşıyır:

“Bu cür məlumatlar Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərmək, qardaş ölkə Azərbaycanın nüfuzuna zərər vurmaq, Türk-İslam dünyasında həmrəylik anlayışını zəiflətmək və Fələstin xalqına qarşı davam edən soyqırımı kölgədə qoymaq məqsədi daşıyan şüurlu və sistemli bir təbliğat kampaniyasının tərkib hissəsidir. İctimaiyyəti yanlış istiqamətləndirməyi hədəfləyən bu cür əsassız məzmunlara etibar edilməməsi və rəsmi mənbələrdən verilən məlumatlara üstünlük verilməsi mühüm əhəmiyyət kəsb edir”.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …