“YAŞAT” Fondu daha iki qazinin əməliyyat xərclərini qarşılayıb. Boyukmillet.com xəbər verir ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir. Müharibə əlili Elnur Səmədovun və Səbuhi Eyvazovun əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Qazilərimizin bundan öncə də müalicələrinə dəstək göstərilib və məişət şəraitləri yaxşılaşdırılıb.
Read More »QHT sədri: Biz elə mühit yaratmalıyıq ki,…
ADA Universitetində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universiteti ilə birgə təşkil edilən QHT-nin beynəlxalq əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş konfrans keçirilib. Konfrans barədə fikirlərini “Şərq”lə bölüşən “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qeyd etdi ki, QHT-nin beynəlxalq əməkdaşlığının gücləndirilməsi bu gün vətəndaş cəmiyyəti ilə bağlı əsas prioritetlərdəndir: – Konfransda Xarici İşlər Nazirliyinin, ADA Universitetinin, Beynəlxalq Münasibətlərin Təhlili …
Read More »“Kapital Bank” Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək göstərib
Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən silsiləli zəlzələlər qeydə alınıb. Dəhşətli təbii fəlakət nəticəsində zərərçəkmiş şəxslərə dəstək məqsədilə “Kapital Bank” tərəfindən yaradılan Qırmızı Ürəklər Fondu “Türkiyə üçün bir ürək olaq!” adlı yardım vəsaitinin toplanılması aksiyasına start verib. Hal-hazırda davam edən aksiya çərçivəsində bankın əməkdaşları, ölkədə və xaricdə yaşayan bir çox soydaşlarımız, həmçinin müxtəlif …
Read More »Türkiyədə 101 saatdan sonra ana və 9 yaşlı oğlu dağıntılar altından sağ çıxarılıb – VİDEO
Türkiyənin Diyarbakır şəhərində 101 saatdan sonra ana və 9 yaşlı oğlu dağıntılar altından sağ xilas edilib. Boyukmillet.com xəbər verir ki, məlumatı “TRThaber” yayıb. Məlumata görə, Hatayda dağıntılar altından bir qadın da sağ çıxarılıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ …
Read More »Azərbaycan neftinin qiyməti cüzi artıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dolları, yaxud 0,03 % artaraq 86,36 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin aprel fyuçersləri 84,26 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci …
Read More »Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə cəsədini çıxarıb
Azərbaycan xilasediciləri Türkiyədə 45 nəfəri dağıntılar altından sağ çıxarıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları …
Read More »Türkiyə səfiri Bakıda yardım toplanması kampaniyası ilə bağlı paylaşım edib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı qardaş ölkədə zəlzələ nəticəsində zərərçəkmişlərə kömək üçün Bakıda yardım toplanması kampaniyası ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, diplomat tviter hesabında foto paylaşıb və yazıb: “Azərbaycan xalqı yardım göndərərkən (1918-ci ildə Azərbaycana gələrək bolşevik işğalına qarşı müstəqillik yolunu açan) “Nuri Paşanı unutmadıq” mesajını göndərdi”. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu …
Read More »Mehriban Əliyevanın göstərişi ilə daha bir humanitar yardım təyyarəsi Türkiyəyə yola düşür
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşür. Boyukmillet.com xəbər verir ki, budəfəki humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir.Heydər …
Read More »Malıbəyli və Quşçular qətliamından 31 il ötür
Bu gün Malıbəyli və Quşçular qətliamının ildönümüdür. Boyukmillet.com xatırladır ki, qətliamın törədilməsindən 31 il ötür. 1992-ci ilin 10-12 fevralında erməni qeyri-qanuni silahlı birləşmələrinin Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə hücumu nəticəsində təxminən 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirilib. Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndi rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq …
Read More »Dünya Bankı Türkiyəyə yardım üçün 1,78 milyard dollar ayırıb
Dünya Bankı dağıdıcı zəlzələlərdən sonra Türkiyəyə yardım və bərpa üçün 1,78 milyard ABŞ dolları ayırmağa qərar verib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə maliyyə qurumunun məlumatında deyilir. “Dünya Bankı bu gün Türkiyəyə ölkənin cənub-şərqində və onun ətrafında böyük insan tələfatı, xəsarət və geniş dağıntılara səbəb olan dağıdıcı zəlzələlər və artçı zəlzələlərdən sonra xilasetmə və bərpa işlərinə 1,78 milyard dollar vəsait ayırdığını …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar