Cümə axşamı , 9 Aprel 2026

autor

Putin Ərdoğana başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana başsağlığı verib. APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin güclü zəlzələnin nəticələri ilə bağlı Ərdoğana dərin hüznlə başsağlığı verib. “Rusiya Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün lazımi yardımı göstərməyə hazırdır”, deyə Kremlin məlumatında qeyd olunub.

Read More »

Borrel: Aİ Türkiyə və Suriyaya kömək etməyə hazırdır

Avropa İttifaqı (Aİ) Türkiyəyə kömək etməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Twitter“də yazıb. “Bu səhər Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələ yüzlərlə insanın həyatına son qoyub, çoxlu sayda yaralı var”, – qeyd edib. “Diqqətimiz Türkiyə və Suriya xalqlarının yanındadır. Aİ kömək etməyə hazırdır”, – Borrell vurğulayıb.

Read More »

Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə yardım göndərəcək

Azərbaycan təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyəyə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görür. Boyukmillet.com-un xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin Vitse-prezidenti Fuat Oktaya ünvanladığı başsağlığı məktubunda qeyd edib. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması …

Read More »

Türkiyə baş verən güclü zəlzələdən sonra 62 afterşok qeydə alınıb

Türkiyə baş verən güclü təkandan sonra 62 afterşok qeydə alınıb. Boyukmillet.com  xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, hazırda afterşoklar davam edir. Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda Bakı vaxtı ilə 05:26-da 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, …

Read More »

Beynəlxalq səyahətçilər Ağdamda səfərdədirlər

Böyük Britaniyada formalaşan və tərkibinə 11 ölkədən səyahətçilərin daxil olduğu beynəlxalq qrup Ağdam şəhərindəki Cümə məscidini, daha sonra Ağdam qəbiristanlığını ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, bu qrupun Qarabağ və Şərqi Zəngəzura 3 günlük səfərinin son istiqaməti Ağdamdır. Səyahətçilər Ağdamda inşa edilmiş konfrans mərkəzinə baş çəkib, Ağdam Dram Teatrının xarabalıqları ilə də tanış olublar. Səfər zamanı turistlərə dağıdılmış dini-mədəni abidələr, …

Read More »

Sabir Rüstəmxanlı Türkiyə prezidentinə başsağlığı verdi

Cümhuriyyətinin Cümhurbaşkanı, zati-aliləri Recep Tayyib ErdoğanaSayın Cumhurbaşkanı!Türkiyenin Kahramanmaraş bölgesinde baş verən ve on ile yayılan 7,4 bal gücündə deprem sonucunda insanların ölümü və yaralanması, evlerin dağılması məni və bütün Azərbaycan halkını dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Azərbaycan devlet  ve millet olaraq her zaman qardaş Türkiyenin yanındadır.   Qardaş Türk xalqının gücü və iradəsi ilə bu fəlakətin vurduğu yaraların tezliklə …

Read More »

Prezidentin tapşırığı ilə Azərbaycanın xilasetmə qrupu Türkiyəyə yola düşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına köməklik göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. Boyukmillet.com xəbər verir ki, 370 nəfərdən ibarət şəxsi heyət Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb. Uçuşdan əvvəl şəxsi heyətə müvafiq təlimatlar verilib. Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 …

Read More »

Ərdoğan AFAD-ın qərargahına gedib, zəlzələ bölgəsi ilə bağlı işləri koordinasiya edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) baş qərargahına gedib, zəlzələ bölgəsinə nəzarəti öz üzərinə götürüb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun tviter səhifəsində bildirilib. Məlumata görə, o, Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,4 bal gücündə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin koordinasiya etmək üçün AFAD-a rəhbərlik edəcək. Qeyd edək ki, fevralın 6-da səhər saatlarında …

Read More »

Azərbaycanın Türkiyədəki səfirliyində və Baş Konsulluqlarında Operativ qərargahlar yaradılıb

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyində, eləcə də İstanbul və Qars şəhərlərindəki Baş Konsulluqlarında Operativ qərargahlar yaradılıb. Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib. Azərbaycanın Türkiyədəki Səfirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), Türkiyənin digər müvafiq dövlət orqanları, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardım üçün gəlmiş nümayəndə heyətinin …

Read More »