Cümə axşamı , 9 Aprel 2026

autor

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının ilk iclası keçirilib

Yanvarın 30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”nın icrasını təmin etmək məqsədilə yaradılan Komissiyasının 2023-cü il üzrə ilk iclası keçirilib.İclasda Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası, Azərbaycan …

Read More »

Maliyyə Nazirliyi ötən il 226 milyon manat artıq və əsassız ödəniş aşkar edib

2022-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri 185 təşkilatda (nəzarət obyektləri) apardığı yoxlamalarla ümumilikdə 225 710 min manat artıq və əsassız ödənişlər aşkar edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib. Onun sözlərinə görə, həmin vəsaitin 35,1 milyon manatının yoxlamaların gedişində təqsirkar şəxslər …

Read More »

Azərbaycanda 4 regional xəzinədarlıq idarəsi ləğv olunub

2022-ci ildə Maliyyə Nazirliyi idarəetmənin təkmilləşdirilməsi işləri çərçivəsində regionlardakı xəzinədarlıq idarələrinin sayını 16-dan 12-yə endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib. “Dövlət xəzinədarlığının idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində aparılan tədbirlər nəticəsində ölkənin iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq regional xəzinədarlıq idarələri yenidən təşkil edilib”, – deyə o qeyd edib.

Read More »

Qarabağın bərpasına xərclənmiş vəsaitin məbləği açıqlanıb

Son 2 ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dövlət büdcəsindən 6,5 milyard manat vəsait xərclənib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası işlərinin geniş vüsət aldığını xatırladan kollegiyanın sədri qeyd edib ki, yenidənqurmanın və bərpanın ikinci ilində işğaldan azad olunmuş ərazilərin bərpası üçün …

Read More »

Azərbaycanda 107 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb

Azərbaycanda 107 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb. Boyukmillet.com xəbər verir ki, vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçən vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə 13.09.2022 – 28.01.2023-cü il tarixlərində ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib. Şifahi müsahibə mərhələsində 143 vəkilliyə namizəd iştirak edib. İmtahanların nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 107 nəfər …

Read More »

EBRD 2022-ci ildə Azərbaycana yatırdığı investisiyaları açıqlayıb

Ötən il Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda 9 layihəyə 86 milyon avro sərmayə qoyub. Boyukmillet.com xəbər verir ki, bu investisiyaların əksər hissəsi özəl sektora, yəni 71 %-i ölkənin “yaşıl” iqtisadiyyatına və bərpa olunan enerji və dayanıqlı infrastrukturdan tutmuş telekommunikasiya, media və texnologiyaya (TMT) qədər müxtəlif sektorlara olub. 2022-ci il ərzində EBRD Azərbaycanın enerji mənbələrini şaxələndirmək məqsədinə əhəmiyyətli töhfə verib. İnvestisiyalar baxımından bank ölkənin ilk …

Read More »

Azərbaycanda 17 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib. Boyukmillet.com xəbər verir ki, hərrac rəqabətli olub. Belə ki, hərraca çıxarılmış dövlət əmlaklarına ümumilikdə 83 sifariş qəbul edilib. “Chevrolet Epica” markalı avtomobilin ilkin start qiyməti 4 500 manat olsa da, ən son təklif 6 450 manata yüksəlib. İlkin start qiyməti 2 500 manat olan “Nissan Maxima” markalı nəqliyyat vasitəsi 4 400 manata özəlləşdirilib. Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı …

Read More »